(R) İş adamı Maqsud Mahmudov yerli internet televiziyalarından birinə müsahibə verib. Müsahibəsində vaxtilə eyni həbsxanada cəza çəkdiyi sabiq səhiyyə naziri Əli İnsanovun son açıqlamalarına münasibət bildirən M.Mahmudov, onun düzgün mövqe tutmadığını qeyd edib. Əli İnsanovun vaxtilə YAP-ı yaradanlardan, müxalifəti tənqid edənlərdən biri olduğunu, indi isə əqidəsini dəyişdiyini vurğulayıb, sabiq naziri bir əqidədə olmağa çağırıb.

Müsahibəsində bəzi mühacirləri satqınlıqda ittiham edən iş adamı onları bir-birinin səsini yazmaqda, intriqa aparmaqda ittiham edib. Mühacirlər Qurban Məmmədovu, Vidadi İsgəndərlini, Məhəmməd Mirzəlini, Orduxan Teymurxanı və digərlərini  tənqid edən iş adamı, onlara qarşı mübarizəsini davam etdirəcəyini bildirib.

Mübarizəni kişi kimi aparmağa çağıran M. Mahmudov başqalarının şəxsi həyatlarını ictimailəşdirməyin doğru olmadığını da qeyd edib.

Müsahibəsində Maqsud Mahmudov həmçinin sabiq nazir Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla məhkəmə çəkişməsindən də danışıb. O, Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb edəcəyini bildirib.

Eyni zamanda bəzi məmurların gizli şəkildə mühacirlərə dəstək verdiyini iddia edib.

Maqsud Mahmudovun həmin müsahibəsini təqdim edirik: