“Növbədənkənar parlament seçkilərindən danışılır. Zənnimcə, parlament seçkilərinin vaxtında - 2020-ci ildə keçirilməsi daha real və məqsədəuyğundur”.
“AzPolitika.info”nun məlumatına görə, sabiq YAP-çı deputat Alqış Həsənoğlu növbədənkənar parlament seçkiləri haqda danışarkən bunları deyib.
Sabiq deputat hesb edir ki, parlamentin strukturu və deputatların say tərkibiylə bağlı məsələnin referenduma çıxarılması mümkündür. “Buna ehtiyac var. Yeni şəraitdə deputatların sayının artırılması bir zərurətə çevrlib. Düşünürəm ki, Milli Məclisin iki - yuxarı və aşağı palatadan formalaşması əksəriyyət tərəfindən müsbət qarşılanar.
Yuxarı palataya seçkilər 6 ildən, aşağı palataya seçkilər 3 ildən bir keçirilə bilər”.
A.Həsənoğlunun fikrincə, bu gün “normadan kənar” siyasi enerji müşadidə olunur. “Cəmiyyətin canındakı bu artıq enerji yalnız seçki yolu ilə tənzimlənməlidir...”
“AzPolitika”


Şərhlər
Bu lap illər öncə Hadı Rəcəblinin uşaq pulunun ləğv olunub, ünvanlı sosial yardımla əvəz olunması təklifinə bənzədi. Əksinə azaltmaq lazımdır saylarını və əmək haqqlarını da azaltmaq lazımdır ki, büdcəyə az zərər versinlər. Onsuz da onların işindən heç bir xeyir yoxdur Xalqımız üçün.
Deputatların sayının artırılması, dövlət vəsaitinin israfçılığına gətirib çıxaracaqdır...Çox say tərkibi əhəmiyyət kəsb etmir, kəmiyyət yox, bizə keyfiyyət lazımdır. Bilmək istəyirik, hansı deputat xalqı üçün nə isə iş görüb ? Rayonlarda yaranmış əhalinin dərdini hansı deputat, rəhbərliyə məlumat verib ? Deputatlar yalnız özləri və ətrafları üçün çalışırlar ? Depuatatların sayını artırmaqdansa, keyfiyyətə fikir vermək, dövlətini, xalqını qəlbən sevən oğulları deputat seçiminə önəm verməkdir.....
davamı;amma hər şey bir tərəfə,bütün dünya ingilisin dilində danışır.Bizim Məclisin zalı isə,41 dəfə maşaallah,Rusiyanın kosmik gəmilər üçün uçuşu idarəetmə mərkəzindən də böyükdü,sanki Aya uçmağa hazırlaşırıq.Kərəm deyir Aya uçuruq,haçan uçuruq görəsən?Əəəh,Kərəm kimi işləsək donqili ayda.
Varıydı əzəldən qonşularımızın hüsnü-camalı,bir çatmırdı klarnet Bayramalı.Ay oğul,125 nəfərlə neyləyə bildiniz ki,250 nəfərlə edəsiniz?Əlavə 125 nəfərin 5 il xımır-xımır yeməsi üçün 2 palata bəhanəsinə nə ehtiyac var?Yolu keçəni tutub ştraf adıyla maaşının beşdə birini qamarlamaqla Avropalı olmaq olmaz,necə ki bolşeviklərin boş-boş danışığıyla hökümət qurmaq olmaz.Odur e,dünyanı idarə edən 5 nüvə dövlətindən birisi olan koskoca İngiltərənin parlament zalına bax,Yevlax avtovağzalının gözləmə zalı boydadı.
Ağılsız təklifdir!Əvvəla deputatların fəaliyyəti heç sayılır.Çünki onlar Prezident apratından gələn qərarlara imza atmaqla işləri bitir.İkinci də Milli məclis adlanan qurumun millətdən xəbəri yoxdur.Belə "deputatların satyını 4 dəfə azaltsanız da ölkə heç nə itirməz.Ona görə faktiki 5-6 milyonu qalan ölkəyə bu qədər havayı yeyən,yalnız özlərinə maaş artıran,boşboğaz bivec ,yaltaq insanların deputat adlanması xəcalətdən başqa bir şey deyil.
SAY YOX KEYFİYYƏT LAZIMDIR.
bu, həm də yeni iş yerlərinin açılması deməkdir... (sürəkli Alqışlar).