Ukraynanın UNN informasiya agentliyi özünün mötəbər mənbələrinə istinadən xəbər verir ki, sentyabrın 7-də Kiyevdə prezident Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov arasında məxfi görüş olub.
Virtualaz.org saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, bu informasiya yayılsa da xəbər nə rəsmi Kiyev, nə də Moskva tərəfindən təsdiq olunmur.
“Bizim mənbənin sözlərinə görə, Poroşenko ilə Putinin köməkçisinin görüşü barədə yalnız məhdud sayda adamların məlumatı olub. Yəni görüş məxfi olub. Ukrayna prezidentinin Putinin köməkçisi ilə nə barədə danışması da heç kimə bəlli deyil. Bunlar sirr kimi saxlanır” - deyə UNN agentliyi bildirir.
UNN agentliyi bu məlumatla bağlı Poroşenkonun mətbuat xidmətindən rəsmi açıqlama, ümumən hər hansı bir şərh almaq istəyib. Lakin Ukraynanın Prezident Administrasiyası məlumatı nə təsdiq, nə də təkzib edib.


Şərhlər