Menu

Masallıda qətliam kimi qəzanı törədən sürücü - “Saatda 120 ilə gedirdim...”

09.07.2019, 14:08
Masallıda qətliam kimi qəzanı törədən sürücü - “Saatda 120 ilə gedirdim...”

Bu gün səhər saatlarında Ələt-Astara yolunda 8 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəzada iştirak edən “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Nizami Mustafayev hadisə ilə bağlı danışıb. Hadisə yerindən çəkilmiş və “Qafqazinfo” portalında yayılmış kadrlardan da görünür ki, sürücü qəzadan xəsarət almadan qurtarıb.

Virtualaz.org xəbər verir ki, o, hadisənin öz səhvi ucbatından baş verdiyini tədiqləyib.

Sürücü bildirib ki, Bakıdan Lerikə sərnişin daşıma ilə məşğul olur. Bu gün səhər saat 06.30-da Biləcəri qəsəbəsindən, Bakı Beynəlxalq Avtovağzalı tərəfdən 8 sərnişinlə növbəti reysə çıxıb. Qəza isə sərnişinlərdən birinin ondan yastıq istəməsi nəticəsində baş verib.

“Saatda 100-120 kilometr sürətlə gedirdim, sürətim artıq deyildi. Yanımda oturan sərnişin yastıq istədi, geri çöndüm ki, yastığı verim. Bu vaxt anidən “KamAZ”ı gördüm, maşını qaçırtmaq istədim, alınmadı...”,-səkkiz nəfərin ölümünə bais olan sürücü halını pozmadan hadisə yerində bunları deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol