Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, "Sədərək" Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib.
"Report"un xəbərinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.
Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" Ticrarət Mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.

Şərhlər
bu görməmişlərin gözü doymur bu artıq bəllidir ,aftafa məsələsi.Nazirliyə bax cərimə edib qəpik quruş.. əgər hasar qeyri qanuni tikilibsə niyə sökmürsüz..şəhid ailəsinin ,adi vətəndaşın evini qanunsuzdur deyib başına uçurursuz..
Məndən olsa o boyda hasarları tikmək üçün sement qarışdıran bədbəxt fəhlələr var ha,bax onları həbs edərəm ki,niyə qanunsuz hasar tikmisiniz.Çünki daydayları olsaydı fəhlə olmazdılar,ənazı JEK müdüründən-zaddan olardılar,ona görə də həbs edilsələr haraylarına çatan olmaz.Biz də "Yeni həyat" kolxozundan birdəfəlik arxayın olarıq.O sementi,qumu,kubiki-filanı satan dükançılar da böyük cəza almalıdırlar ki,niyə inşaat materialları satmısınız bunlara.O yerdə ki mən tək gözəl olmadı,o yer ridada ridada rida dadu.
"Torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyət".Necə yəni icazəsi olmadan?Balaca bir dükanın ətrafını çox yox,ikicə sıra kubiklə hasarlamaq istəyin,görün haralardan kimlər necə papkalarla tökülüşüb gələcək.Sementi qarışdırmağa macal tapmazsınız vallah.Və "digər üsullar" nə deməkdir?Yəni zorla,rüşvətlə,tapança-tüfənglə,yalvar-yaxarla?Bu nə sözdü yəni?Sonrası da,5-10 min o hasarlar qabağında nə deməkdi?