Bakıda avqustun 5-də güclü külək səbəbindən ağacın budağı qırılaraq 20 yaşlı Simnarə Qəmbərlinin üstünə aşıb.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan qız dərhal ətrafdakıların köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
S.Qəmbərlinin atası İlqar Qəmbərli deyir ki, qızının başı yarılıb və ona beş tikiş vurublar, lakin qızını bir gün belə xəstəxanada saxlamayıb, bunun üçün pul tələb ediblər:
“Mənə dünən saat 12 radələrində zəng vuruldu ki, ağacın budağının aşması nəticəsində qızınız ağır kəllə-beyin travması alıb. Ətrafdakı insanlar təcili yardıma zəng vurublar. Lakin təcili yardım əməkdaşları 20-30 dəqiqə gecikiblər. Sonra da qan içində olan qızıma dərhal müdaxilə etmədən gözləyiblər ki, nə vaxt valideynləri gələcək, pul verəcək, onlar da tikiş qoyacaqlar. Heç bir tibbi rəy, MRT olmadan tikiş ataraq qızımı evə göndəriblər. Bir kağız da verməyiblər ki, qızım bu travmanı təbii fəlakət nəticəsində alıb”.
Hadisədən sarsılan, hazırda isə vəziyyəti ağır olan S.Qəmbərli həkimlərin səhlənkarlığından şikayətçidir. Zərərçəkən onu tez bir zamanda evə buraxdıqlarını və heç bir müalicə yazmadıqlarını deyir:
“Təcili yardım çox gec gəldi. Mən həddindən artıq qan itirmişdim. 1 saylı Kliniki Tibbi Mərkəzə apardılar. Həkim isə çox gec gəldi. Kobud davranırdılar. Dedilər ki, istəyirsiniz qalın, istəmirsiniz qalmayın, məcburi deyil. Həkim isə çıxıb getdi. Anam nə qədər maraqlansa da, cavab vermədilər. Dövlət xəstəxanası olmasına baxmayaraq, çox pul ödədik. Həkimi, tibb bacısı – hamısı pul istəyir. Hətta tələbə yoldaşlarımdan belə pul alındı. Rəfiqəmdən 10 manat pul götürdülər”.
Səhiyyə Nazirliyindən isə şifahi olaraq bildiriblər ki, məsələ hazırda araşdırılır. Həkimin rüşvət almasına gəlincə, qurumdan bildiriblər ki, vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməlidir.

Şərhlər
respublika klinik xestexanasina qohumumu getirmisdiler aqir veziyyetde- xestexananin bas hekimi telman doktura zeng edib xahis etdim ki kasib adamlardilar onlari xestexanada cox incitmesinler- bas hekim gosteris verdi ve dedi ki buraya gelen xesteleri kim incitse- rusvet teleb etse cezasi verilecekdir. Hiss etdim ki telman doktor- yalniz hekim deyil- hem de insanlara deyer veren- kasiblara el tutan bir ziyalidir. allah memurlarimizi hec vaxt ziyaliliqdan mehrum etmesin.amin
Her deyilene inanmaq lazim deyil. 1- ci- qiz travma alib, bashina tikishler qoyulub ve hekim veziyyetin stabil oldugunu gorub, xestexanada yatmagina israr etmeyib, 2- cisi- arayish derhal verilmeye biler. Xeste muraciet edir ve administrasiya ishde olan zama( mohur lazim oldugu ucun) xesteye arayish verilir. Ve arayishda ne kimi yardim olundugu qeyd olunur. Her bir dovlet xestexanasinda xesteye lazim olan yardim edilir. Chunki, xestenin salamat getmesinde hami maraqlidir.
Semaşkoda bizim də xəstə olub. Qapıdan girəndə qapıçıya verirsən. Sonra isə orada pulsuz insan ölsə belə yaxın duran deyillər. QAPIÇIDAN TUTMUŞ həkimə medsestra hətda arabasürən lifti açan bir sözlə qeyri insani xəstəyə yanaşma. Əli atırsan başını qaşımağa əllərini uzadırlar ki pul verəsən. Yazıq kasıblar. Bu insan uşağı nə çətinliklə 20 il saxlayıb. O quldurların xəstə uşaqla belı vəhşi kimi davranmaları dəhşətdir.
Afrika ölkələrində də belə biabırçılıq yoxdur.NƏ VAXT ADAM KİMİ YAŞAMAÖI ÖYRƏNƏCƏYİK!
Nə qədər ki səhiyyə naziri Oqtay Şirəliyevdir,belə də olacaq.Bu adamın işi əhalinin narazılığının artması və hakimiyyətə inamın itirilməsinə yönəlib.Heç bir müxalifət əməlləri ilə O.Şirəliyev qədər hakimiyyət əleyhinə işləmir.Belələri adamlarda vətənpərvərlik hissini də öldürür..
Cox acinacaqli durumdu amma men inaniram bu bele olub. Cunki heqiqetdir... niye bele gundeyik? Niye bu hekimler dilenci gunundediler? Bu qeder pullar ayrilir bu qeder dovlet ish gorur amma niye netice yoxdu? Kash sigorta sistemi tezlikle olardi.. bu biyabirciliqdi ve geri qalmagimizin gostericisidir. Aci heqiqet... tesuf ... pis oldum