RUSİYA “OVÇU”NU HAVAYA BURAXDI – Bu pilotsuz uçuş aparatı 8 ton bomba daşıyır!

Çinin “Sohu” nəşri Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat verib ki, “Suxoy” konstruktor bürosunun “uçan qanad” sxemi üzrə hazırladığı ağır zərbə pilotsuz “Ovçu” uçuş aparatı 20 dəqiqə müddətində uğurlu uçuş həyata keçirib.

“Suxoy” şirkətinin mühəndislərinin sözlərinə görə, indiki modelin bomba yükü səkkiz ton təşkil edir və bu göstərici “J-10” və “F-16” yüngül qırıcı təyyarələrininkindən daha çoxdur. Bu aparat “uçan qanad” sxemi üzrə hazırlanıb və nisbətən böyük olmayan həcmə malikdir. Onun stels xüsusiyyəti Çinin “J-20” qırıcısından üstündür.

Müşahidə və hücum əməliyyatları keçirən “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının Amerika silahlı qüvvələrinin döyüş cərgəsinə qəbul olunmasından sonra digər ölkələrin orduları bu sahəyə böyük insani və material resurslar qoyublar.

Beləliklə, “MQ-9 Reaper”, ”Wing Long” və “Chayhun” kimi müasir pilotsuz uçuş aparatları meydana çıxıb. Son dövrlər ərzində Rusiyada yeni pilotsuz uçuş aparatları istehsal edilməyib. Bunun səbəbi elektron sənayesindəki gerilik və bu sfera üzrə kifayət qədər biliklərin olmamasıdır. Bu, dolayı yolla onu sübut edir ki, sovet texnologiyası olmadan Rusiya hərbi sənayesi heç nəyə qadir deyil.

Amma hər halda “Ovçu” pilotsuz uçuş aparatının meydana çıxması göstərdi ki, Rusiya hələ də güclü hərbi sənayesi olan ölkələrdən biridir. Vertikal quyruq dayağına malik “Su-57” təyyarəsinin istehsalı sübut etdi ki, Rusiya artıq çoxdandır pilotsuz uçuş aparatlarıyla, qırıcı təyyarələrin müştərək şəkildə döyüş həyata keçirməsi qaydasını öyrənməyə başlayıb.

Pilotlar üçün təhlükəli sayıla biləcək bir çox tapşırıqlar var ki, onlar pilotsuz aparatlara həvalə oluna bilər. Və beləliklə də, insan itkisi problemi ortadan qalxar. Lakin tapşırıqları yerinə yetirən zaman pilotsuz uçuş aparatlarında ortaya çıxan problemlər, məhz pilotun olmaması ilə izah olunur.

Qeyd etmək lazımdır ki, müasir döyüş təyyarələri tapşırıqların yerinə yetirilməsi zamanı uzaq radiolakasiya qurğularınadan xeyli sayda məlumatalar alsalar da, bu, real döyüş şəraitində hər hansı xoşagəlməz vəziyyətlərin yaranmasını istisna etmir. Pilotsuz uçuş aparatlarını idarə edənlər isə döyüş meydanından uzaqda olurlar və yaranmış problemləri vaxtında aradan qaldıra bilmirlər.

Pilotsuz uçuş apartları və təyyarələrdən müştərək istifadə edəndə, pilotsuz aparatın idarə olunması təyyarə pilotunun üzərində düşür ki, bu da döyüş şəraitində manevr qabiliyyətini artırmağa imkan verir. Belə tip döyüşün aparılması üçün Rusiyanın ixtiyarında bir-birinə uyğun gələn stels texnologiyalı “Su-57” və “Ovçu” stels-pilotsuz uçuş aparatı var.

Onu da bildirmək lazımdır ki, “Su-57” təyyarəsinin stels xüsusiyyəti digər qırıcıları o qədər də üstələmir. Ona görə də “Su-57”-nin “Ovçu” ilə birlikdə fəaliyyət göstərməsi lazımdır. Bu, digər stels-qırıcılara qarşı mübarizə aparıb, onların öhdəsindən gəlməyə imkan verər.

Rusiya mühəndislərinin gördükləri tədbirlər Amerikanların “F-35” təyyarələrinin köməyi ilə pilotsuz uçuş aparatlarının necə idarə edilməsi texnologiyasını xatırladır. Həmin məqsədlər üçün hər iki ölkə stels qırıcılardan istifadə edir.

Pilotsuz uçuş aparatları ilə bağlı texnoloji araşıdrmalar sferasında, Rusiya, çöküşdə olmasına baxmayaraq, hələ ki, digər ölkələrdən geri qalmır. ”Ovçu” pilotsuz uçuş aparatının meydana çıxması isə, ondan xəbər verir ki, Rusiya pilotsuz aparatlar və stels texnlogiya sahəsində birinci eşalonda yer tutur.

Rusiya texnoloji cəhətdən geridə qalmadığını sübut etmək üçün müasir hərbi sistemlər istehsalında fəaliyyət sferasını genişləndirir. Amma məsələ ondadır ki, real döyüşlər olmadığı üçün Rusiya silahlarının keyfiyyət göstəricisi barəsində konkret söz demək olmur. Reklam hay-küyü real mənzərəni ört-basdır edir.

Digər yandan Rusiya mülki aviasiyanı dirçəltməyə çalışır və bu istiqamətdə xeyli xərc də çəkib. Elə “Suxoy” konstruktor bürosu hazırladığı “Suxoy Super Jet-100” kiçik füzelyajlı mülki təyyarələrini istismara verib. Bu təyyarələrin keyfiyyətsizliyi əyani şəkildə üzə çıxıb və onu alan Meksika, İrlandiya və İndoneziya aviaşirkətləri məyus olduqlarını deyirlər. Rusiyanın “Aeroflot” şirkəti isə bildirir ki, bu təyyarələrin alınması onları müflis edəcək, çünki təyyarələr yeni olsalar da, tez-tez nasazlıqılar yaranır və onları təmir üçün anqarda saxlamaq məcburiyyətində qalırlar.

Deməli elə buradan nəticə çıxarmaq olar ki, hərbi texnologiyada vəziyyətin necə olmasını real görmək olmur, lakin mülki texnologiyada bunu gizlətmək çətindir.

Məlumat üçün bildirək ki, SSRİ zamanı İlyuşin, Tupolev, Yakovlev konstruktor bürolarında hazırlanan təyyarələr “Boeing” və “Airbus” təyyarləri ilə yanaşı dünya aviasiya parkında mühüm yer tuturdu.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Nazimə yazana 2019-08-14 00:05:33

İrəli düşuncəli iki dənə link verilib aç bax orda elə amerikalı, çinli mütəxəssizlərin fikri açıqlanır.Ağlın iki linki açıb baxmağa çatmır, hələ bir rusiyadakı yalançı vətənpərlik adıynan budcə soyon başı boş hərbi sənaye kompleksinin yaramaz hərbi ekspertlərinin fikirinidə yürütürsən. A kişi təqdim olan insansız üçüş aparatının təhcə mühərriki o qədr gülünc səviysindədir ki, nə deyəsən bağlı sərhədlər içində zaparoji, volqada, avtomobil adlandırdı, xaricdə mercedes avtomobil olanda! Hələ cürətin çatıb qorxudan adınıda yazmırsan. Rusiyada trol fabbrikasında oturub müəyyən miqdar məbləğində koment yazanlarsın taktikasını işlədirsən.

Nazime 2019-08-14 00:05:33

rusiya nece 60 il geridedir deyirsiz. Bu eliyir 1959. Demek istiyirsiz ki indiki Rusiya Amerikanin ve Avropanin 1959-cu il seviyyesindedir. Chox sehv fikirdesiniz. Rusiyanin ele silahlari var ki Amerika hech 10 ile de chatmaz. S400 S500, Tu 160 herbi nuve strateji bombardiri haqqinda melumatlan sonra nese yaz. Amerika hetta NATO Rusiyanin bu gucu garshisinda acizdi. Tek texnika her sheyi hell etmir. 10 Amerika esgeri 1 Rus esgeri ile bacarmaz.

Nazime 2 2019-08-14 00:05:33

Menim dunenki sherhimi xahish edirem derc edin. Nazimin 60 il geride qalan dovlete cavabi derc etmemisiniz.bashqalarini savadlandirmaq isteyen qoy ozu evvelce savadlansin,amerika herbi ekspeetlerinin yazdiqlarini oxusun qorsin onlar nato rus herbisi haqqinda neler yazirlar.gece rus qorxusunda yata bilmirler hele onlara 10 il vaxxt lazimdir 10 ilden sonra rusiya daha da guclener.

Nazım 2019-08-14 00:05:33

Biraz bilik sahibi olmaq istəyirsənsə bunlara bax, https://www.youtube.com/watch?v=C2iMVazG8fo https://www.youtube.com/watch?v=bM5cERZ4vJ8 rusiya ən azı 60 il geridədir.

nazime 2 2019-08-14 00:05:33

Nazlme qardasha deyirem Allah seni qorusun shehrine gore sizden sonra men elave elemek istemirem nazimin cavabini nece var vermisen amma bir bunu elave etmemisen ki, savadi olmayan savadlilara gor ne yazir. Rusiya helrbide en qudretli dovletdir, bunu savadi olmayanlar bir de rusiyanin dushmenleri onun geride oldugunu deyirler bir de qerbin aqentleri

Son yazılar