Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirib.
Meriyadan verilən məlumata görə, qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləyiblər.
Görüşdə 31 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olub. «Bütün müraciət və təkliflər nəzarətə götürülüb»-deyə meriyadan bildirilib.


Şərhlər
Bəli, bu günə və ya hər hansı 01.01.2017 tarixinə Bələdiyyənin(misal Binəqədi) Texniki Pasportlarını almış fərdi evlərə Mülkü Qeydiyyat Sənədləri(Kupça) hansı tarixə kimi verilib başa çatacaq. Bir mer 10 il söz verdi və bu günəcən belə fərdi evlərin heç onda birinə mülkiyyət sənədi verilməyib? İndiki Mer deyəsən Bakılıdır, Naxçıvanlı və ya Qarabağdan da deyil?