Menu

Parlament seçkilərində rəsmən iştirak edən partiyaların sayı 11-ə çatıb

17.12.2019, 16:52
Parlament seçkilərində rəsmən iştirak edən partiyaların sayı 11-ə çatıb

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində rəsmən iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb.

"Report"un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Şərhlər

Rafiq 2019-12-18 02:46:45

Prtiyalar üzrə namizəd veruilməsi doğru süçim olmaını əngəlləyir.Çünki adı çəkilən partiyalarda üzvlərin çoxu Azərbaycanın bir bölgədini təmsil edit(ErAz və Naxçıvanlı Yerazlar) Onların bütün rayonlar üzrə namizəd kimi sırınması saxtakarlığın başlanğıcıdır.Çünki rayonların əhalisinə onların tanımadığı və ya mənfi cəhətdən tanıdığı adamları seçmək tələb olunur.BU saxtalaşdırmada dövlət aparat işçiləri,müəllimlərtibb işçiləri məəcburi fəal (işdən qovulmaq təhlükəsi) iştirak edirlər.Eyni zamanda seçkiyə məhbuslar və əsgərlər.DİN işçiləri də cəlb olunur.tky

Cəbrayıl 2019-12-17 18:51:43

Azərbaycanda YAP-dan başqa digər partiyaların fəaliyyətindən xəbəri olan var?Bu adını partiya qoyduqlarının hərəsi iki-beş nəfərdən ibarətdir ki,omnları da cəmiyyətdə səsini eşidən,fəlliyyətlərindən xəbəri olan yoxdur. Kimə xidmət etdikləri bəlli olmayan namizədlərdən Milli Nəclisə deputat olmaz!ı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol