Menu

Partiyalar 14,5 min namizəd irəli sürüb - Bələdiyyə seçkilərinə iki gün qaldı

21.12.2019, 14:14
Partiyalar 14,5 min namizəd irəli sürüb - Bələdiyyə seçkilərinə iki gün qaldı

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq. Qanuna əsasən təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlanır və bir sutka qalmış dayandırılır. AzPolitika.info MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, seçkilərdə iştirak etmək üçün 41 841 nəfər müraciət edib. Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Qurumdan bildirilib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib. Habelə, 14 564 nəfərin namizədliyi siyasi partiyalar, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Seçkilərə 13 siyasi partiya qatılıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, həmin siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb:"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Siyasi partiyaların fəallığı, seçkilərdə fəal iştirak etməsi yaxşı göstəricidir".

Qeyd edək ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası və Azərbaycan Respublikaçılar Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib.

Əsas müxalifət partiyalarından AXCP, Müsavat, ReAL seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

AzPolitika.info

Şərhlər

Seçici 2019-12-21 18:47:06

Niyə və hnsı əsasla namizədləri partiyalar verməlidir? Axı partiya rəhbərliyi özlərinə sərf edən,söz eşidən üzvlərini namizəd verir.Namizədlərin xalqla münasibəti,xalqın onları yaxşı tərəfdən tanıması,onlara etibar etmələri vacib arqumentdir.Ona görə belə namizədlərdən xalqın heç bir gözləntisi olmadığından onlar dəyərli vaxtıarını itirib seçki məntəqlərnə getmirlər.Bir də ki, seçkidə uzun illərdir saxtakarlığın baş alıb getməsi də əsas faktorlardandır.İnsan tanımadığı,ünsiyyətdə olmadığı.müsbət keyfiyyətlərini bilmədiyi adama necə səs verər?seçf

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol