Menu

“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub

08.01.2020, 18:35
“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub

“Bank BTB” ASC-nin İdarə Heyətinin (İH) üzvü Vüsal Şahverdiyevişdən çıxıb.

“Report” xəbər verir ki, o, “Azərbaycan Beynəlxalq Bankı” ASC-də transformasiya ofisinin direktoru vəzifəsinə təyinat alıb.

“Bank BTB”nin İH-nin digər üzvü Rauf Qurbanov isə Bankın ilk baş direktoru təyin olunub. Bununla da İH üzvlərinin sayının tək olması (5-dən 3-ə düşüb) təmin edilib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol