Menu

Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir

15.01.2020, 11:40
Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir

“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. "Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”, - deyə o, qeyd edib.

Şərhlər

gülşən 2020-01-15 12:46:22

bəs alternativ yol hardadır?

AQAYEV 2020-01-15 11:47:18

Ələtdən Salyana qədər olan hissəsində ikinci yol yoxdur.DEMƏLİ PULU OLMAYANLAR maşını o məsafədə ciynində aparmalıdır.AQLINIZ OLSUN SOYMAYIN CAMATI VƏ DÖVLƏTƏ QARŞI QALDIRMAYIN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol