İT, TÜLKÜ, SiÇAN, YARASA... - Çindəki epidemiya mərkəzində satılan heyvan ətlərinin siyahısı


Bütün dünyanı təlaş içərisində saxlayan Çində yayılmış yeni koronavirusla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. “AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında virusun ocağı sayılan Uxan şəhərində bazarlarda satılan heyvan ətlərinə dair maraqlı xəbərlər yer alıb.

Məsələ ondadır ki, mütəxəssislər virusa ilk olaraq Uxandakı dəniz məhsulları bazarında çalışan insanların yoluxduğu qənaətinə gəliblər və hər şeyin məhz həmin bazardan başladığı fikrindədirlər.

Bu bazarda isə məlum olub ki, ənənəvi dəniz məhsulları, balıqlar, donuz, eləcə də iri və xırdabuynuzlu heyvanlarla yanaşı, müxtəlif vəhşi çöl heyvanlarının və həşəratların, ilanların, kərtənkələlərin, yarasaların və s. əti də satılırmış. 

Onların arasında hətta adı qırmızı kitaba düşən sürünənlər və digər vəhşi heyvanlar da varmış. Və belə heyvanların ətindən yemək hazırlanması yüksək status, yaxud evə gələn qonağa göstərilən ehtiramın əlamətiymiş. Odur ki, mütəxəssislər, sözügedən virusun yarasalardan, yaxud da ilanlardan keçdiyini ehtimal edirlər.

Uxandakı bədnam bazarda satılan heyvan ətlərinin ümumi siyahısı isə normal avropalı, yaxud digər qitələrdən olan ənənəvi qidalar qəbul edən insanlar üçün dəhşətli görünür. 

Belə ki, bu bazarda satılan heyvan ətlərinin siyahısına aiddir – it, pişik, tülkü, canavar, meymun, timsah, koala, siçan, müxtəlif növ kərtənkələlər, salamander, müxtəlif növ ilanlar, yarasalar, porsuq, yenot və sair.

Əslində, elə bu siyahının özü çox şeydən xəbər verir və belə heyvanlarla qidalanmanın hansı fəsadlar törədəcəyini ehtimal etmək də çətin deyil. Çünki bu siyahıya baxmaq və bu bazardakı mənzərəni nəinki görrmək, hətta təsəvvür etməyin özü belə insan orqanizmi üçün təhlükəli görünür...         

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar