117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı Qəbələnin Mıxlıqovaq, Kötüklü, Solquca və Dandıx kəndlərində seçicilərlə görüşüb.
Görüşdə Aqiyə xanım çıxış edərək Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Dövlət başçısının rəhbərliyi ilə ölkənin hər yerində olduğu kimi Qəbələdə də aparılan abadlıq-quruculuq işlərindən, Şəhid ailələrinə, müharibə veteranlarına və ümumilikdə vətəndaşlara göstərilən qayğıdan danışdı.

Seçicilər adından çıxış edən Cəmaləddin Səmədov, Orxan Rəsulov, Mirağa Cəlilov və digər sakinlər bütün bunlar üçün dövlət başçısına, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Aqiyə xanıma da deputatlığı dövründə onların müraciətlərini cavabsız qoymadığına görə təşəkkür etdilər.

Görüşün sonunda seçicilərin problemləri ilə maraqlanan deputatlığa namizəd qeydlər apardı və onların həlli istiqamətində müvafiq qurumlara məlumat verəcəyini qeyd etdi.
Seçicilər yekdilliklə fervralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildirdilər.


Şərhlər