Menu

“LOTU QULİ”Nİ ÖLDÜRMƏK İSTƏYƏNLƏR SAXLANILDI! - Türkiyə polisindən ŞOK əməliyyat +FOTOLAR

03.02.2020, 16:00
“LOTU QULİ”Nİ ÖLDÜRMƏK İSTƏYƏNLƏR SAXLANILDI! - Türkiyə polisindən ŞOK  əməliyyat  +FOTOLAR

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

Saxlanılan şübhəlilərin Andrey Malyi ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıkladzenin rəhbərliyi altında olduğu söylənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol