Menu

“Kiminsə əlində nəsə varsa, sosial şəbəkələrə yerləşdirsin” - Məzahir Pənahov

20.02.2020, 17:38
“Kiminsə əlində nəsə varsa, sosial şəbəkələrə yerləşdirsin” - Məzahir Pənahov

“Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır. Bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri vurğulayıb ki, insanların əlində nə material varsa təqdim etmlidir:

“Əgrər sizdə nəsə material varsa qoyun sosial sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayılıb. Kiminsə əlində nəsə varsa sosial şəbəkələrə yerləşdirsin, Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıracaq”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol