Putinin mühafizəsində ağır texnikadan istifadə oluna bilər - Yeni qanun qəbul edilib

Rusiya parlamentinin aşağı palatası Dövlət Duması Federal Mühafizə Xidmətinin (FMX) əməkdaşlarına hərbi texnikadan istifadə icazəsi verən qanun layihəsini qəbul edib.

İndiyədək mövcud olan qanunvericilyə görə dövlət rəhbərlərini, o cümlədən prezident Vladimir Putini qoruyan FMX-nin əməkdaşları fiziki gücdən, xüsusi vasitələrdən və silahdan istifadə edə bilərdilər. Yeni qanun FMX-nə helikopter və zirehli hərbi texnikadan istifadə icazəsi verir. Qanunda deyilir ki, FMX bölmələrinin komandirləri ağır hərbi texnikadan istifadə üçün əmrlər verə bilərlər.

Bu qanun layihəsinin təşəbbüsçüləri – hakim Vahid Rusiya Partiyası fraksiyasının üzvləri Vasili Piskarev, Ernest Valeev və Aleksandr Knişteyn, habelə Ədalətli Rusiya fraksiyasından Nikolay Ryzakdır.

Qanunda deyilir ki, Kremlin və prezident administrasiyasının mühafizəsi üçün FMX-nin hərbi texnikaya malik olması zəruridir. Deyilənlərlə yanaşı, qanunvericilik aktında habelə FMX-nin səlahiyyətlərinin gücləndirilməsi də nəzərdə tutulur.

Qanun layihəsində qeyd olunur ki, FMX haqqında qanun son dəfə 1996-cı ildə qəbul edilib və ona görə də təzələnməsinə ehtiyac var. Qanun habelə FMX-nin ağır texnikadan istifadəsinin qaydalarını izah edir. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar