Menu

"Naxçıvan Sığorta"ya müvəqqəti sədr təyin edilib

07.05.2020, 10:56
"Naxçıvan Sığorta"ya müvəqqəti sədr təyin edilib

"Naxçıvan Sığorta" ASC-nin İdarə Heyətinə (İH) müvəqqəti sədr təyin edilib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu, İH-nin üzvü Tural Ələkbərovdur.

O, bu vəzifədə bir neçə gün bundan əvvəl Naxçıvan MR Dövlət Sığorta Xidmətinin direktoru təyin edilmiş Bəxtiyar Məmmədovu əvəz edib.

Xatırladaq ki, "Naxçıvan Sığorta", 2014-cü ildə yaradılıb Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 5,5 milyon manat, səhmdarı isə 100% "Naxçıvan Bank" ASC-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol