Kim Çen In hardadı? - Cənubi Koreya KİV-i yeni məlumat yaydı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Şimali Koreyanın Vonsane şəhərindədir. O, mayın əvvəlində tikinti materialları zavoduna səfər etdikdən sonra Pxenyana qayıtmayıb. Yaponiya və Cənubi Koreya KİV-nə istinadla bu barədə “Cursorinfo” nəşri xəbər verib.

Cənubi Koreya KİV-i də öz növbəsində Ina yaxın mənbələrə istinad edib. Onun indiyə qədər nə üçün geri dönməməsi dəqiqləşdirilmir.

KİV yazır ki, guya KXDR lideri geniş ictimaiyyətdən kənar fəaliyyət göstərir - ordu hissələrinə səfərlər edir, raket və digər strateji silahların işlənib hazırlarmasını izləyir.

Xatırladaq ki, bundan əvvəl məbuat ölkə liderinin ağır xəstə olduğu və hətta öldüyü ehtimalını irəli sürmüşdü. Aprelin 12-dən bəri onu görən olmayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar