“Mən Müdafiə naziri olaraq Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad edilməsi tapşırığını yerinə yetirməyə hazır olduğunu məruzə edirəm”.
"Report"un xəbərinə görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov CBC-yə müsahibəsində deyib.
O, son 2 ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalmasına baxmayaraq, ordumuzun bu vaxtı boşa vermədiyini vurğulayıb:“Dediyim kimi, biz bu vaxtdan öz işlərimiz üçün istifadə etdik. Digər tərəfdən, Ali Baş Komandanın son çıxışlarını hamımız dinləmişik. O deyib ki, bütün dünyada güc ön plana çıxır. Yəni biz ordumuzu gücləndiririk və biz ordumuzdan bu məsələnin həlli üçün istifadə edəcəyik.
Prezident öz çıxışlarında tamamilə dəqiqliklə bizim necə hərəkət edəcəyimizi müəyyənləşdirib. Kompleks tədbirlər: bu həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqdir. Lazım olan anda - və o an, ümid edirəm, yaxın vaxtda gələcək – biz güc tətbiq edəcəyik. Biz bunu gizlətmirik.
Görünür, danışıqlar prosesinə ümid hələ ki tükənməyib. Düzdür, mən danışıqlarda iştirak etmirəm, amma belə düşünürəm. Mənim qarşımda duran vəzifə hazır olmaq və istənilən vaxt döyüşə başlamaqdır”.
Zakir Həsənov daha sonra deyib: "Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”.
O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi cəfəngiyyatdır.
“Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”, - Müdafiə naziri əlavə edib.

Şərhlər
Milyon-milyon puium var deməkdənsə beş qəpik göstər.
Mən balaca usaq idim,bunlar ermənini darmadaqin eliyirdilər.Indi 60 yasima catmisam hələdə darmadaqin eliyərik deyirler.Hec olmasa özunuzu gulunc vəziyyətə salmayindəə.
sen deme bytyn gunahlar LAZIMdadir Ону мутлег тапмаг лазымдыр
30 ildir itiririk.Lazım nə vaxt olur ki,Düşünmürsünüz ki,lazım hər gün gecikir? Nəyi gözləyirsiniz? 27 ildir torpaqlarımızda düşmən işğalındadır...
Cənab nazir Heydər Əliyev adına ali hərbi məktəbdə bir neçə gün qabaq məktəbi qurtaran zabitlərin təyinatı üçün puşk atma olub. Səhəri gün onu ləğv edib yenidən püşk atma aparıblar. İmkanı, adamı olanlar püşk atmaya ümumiyyətlə salınmayıb. Yəqin ki istədikləri yerə salınıblar. Püşk atma özü də hissə-hissə aparılıb. Yəni adı püşk atma olub. Xahiş edirəm onu bir yoxlayasınız. Bu doğurdanmı belə olub? Ədalətsiz bölgü,münasibət o cür ciddi bir hərbi məktəbdə hansı ki gələcək generallarımız qəhrəmanlarımız hazırlanan bir məktəbdə baş verir. Yəni bu deyilirsə deməli var. Yenə xahiş edirəm oraya baş çəkəsiniz.
... HANSI PULLARIN HESABINA, BOYUK SERVETLERE SAHIB OLMUSUNUZ...........???????
lazım virusdan rəhmətə ğedb xəbərmiz olmayıb ğəln deyil.
Siz Allah hec olmasa dediynizi edin....
Biz hər gün gecikirik.
Biz illərdir silah alırıq və buna xeyli vəsait xərclənir.Amma bunlar köhnəlir.yeniləri ,daha effektliləri yaradılır.10 il bundan əvvl alınanlar artıq köhnəlir və vəsait göyə sovrulur.Olmazmı ki,silahlarl lazım olan vaxtda alınsın və istifadə edilsin ki,həmin pullar (axı bu millətin puludur.onu batırmaq günahdlr) havayı xərclənməsin..Sənaye obyektləri,kütləvi iş yerlərinin təşkilinə sərf olusun
imkan var, cəsarət yoxdur..
AYE,LAZIMIN ADINI CEKME.O,ITIF...TAPILAR.TEZE NAQIL FIKIRLEWIN
Lazım gəlməyəcək, ümid eləməyin.
Nə var nə yox ay lazim muəllimlər.Hamimiz lazim muəllimlərik.Nətəridi?
Eləmə