"Azərbaycanda koronavirus pandemiyası artıq hədəqədən çıxıb. Proses artıq nəzarətsiz gedir və onun altında kimlər qalacaq, indidən demək mümkün deyil. Nə səhiyyə sistemi, nə hüquq-mühafizə orqanları, nə də başqa qurumlar proseslərə nəzarət etmək imkanında deyillər".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl "Musavat TV"-yə müsahibəsində bildirib.
Azərbaycanda hazırki epidemioloji vəziyyəti dəyərləndirən həkim, vətəndaşlara müraciət edib: "Efirdən açıq deyirəm, bilin, bundan sonra başınıza bir iş gəlsə, sizə heç kim yardım edə bilməyəcək".
Vasif İsmayıl xəstəxanalarda yeni yataq yerləri yaratmağa ehtiyac olmadığını bildirib. Həkim bunun səbəbini xəstələrə qulluq edəsi tibbi personalın çatışmaması ilə izah edib: "Avadanlıqlar var, amma personal yoxdur, çünki tibb işçiləri arasında yoluxanların sayı kifayət qədərdir, yeni xəstəxana yaratmaq, poliklinikaları prosesə qoşmaq və s. kimi addımlar faydasızdır".
V.İsmayıl evdə müalicə ilə bağlı tövsiyələrin doğru olduğunu bildirib, amma xəstələrin qəbul etməli olduğu dərman preparatlarının verilməsi üçün tibb işçilərinin köməyinə ehtiyac olduğunu söyləyib: "Poliklinika həkimlərinin bunu edəcəyini düşünürsünüzsə, yanıla bilərsiz. Çünki bu tibbi personal belə xəstələrlə necə davranılması ilə bağlı təlimatlandırılmayıb. Eyni zamanda onlar lazımi tibbi geyim və s. avadanlıqlarla təchiz olunmayıblar. Hazırda xəstələrə iynə vuracaq tibbi personal tapmaq belə çox çətindir".
Vasif İsmayıl daha sonra bildirib ki, koronavirusla bağlı verilən statistik rəqəmlər həqiqəti əks etdirmir. O, nəzarətdən kənarda kifayət qədər xəstə olduğunu vurğulayıb: "Bizdə tibb, yoxlama, statistika sistemlərinin son həddinə çatmışıq. Bundan sonra rəsmi rəqəmlərdə artım görməyəcəksiz. Çünki yoluxan insanların əksəriyyəti nəinki test verə, heç həkimə də zəng edə bilmirlər. Vəfat etmiş insanların əksəriyyəti nə test veriblər, nə də səhiyə sisteminin onlardan xəbəri var..."
Vasif İsmayılın ölkədə epidemioloji vəziyyətin bundan sonrakı inkişafı, böhrandan çıxış yolları barədə çox maraqlı və aktual fikirlərinin davamı ilə aşağıda təqdim olunan videomaterialda tanış ola bilərsiz.

Şərhlər
Məsləhətdən çox bu həkimin fikri insanları qorxuya salmaqdır.
Vətəndaşlarımıza verdiyi dəyərli məsləhətlərə görə Vasif həkimə təşəkkürümü bildirirəm. İnsanlara məsləhət görürəm ki, əsəbiləşib immunitetlərini aşağı salmasınlar. Kosmosun Dahisi ləqəbi ilə tanınan tibb elm. DOKTORU, Akademik İ.P.Nımuvakinin metodu ilə ıstənilən virusu məhv etmək olar. Əgər Vasif həkim şübhə edirsə dediklərimi xəstələrdə yoxlasın ( ziyansızdır). 1/4 stəkan suya 10 damcı 3% perekis tökün. Hər burun dediyinə 2 qr.şprislə(iynəsiz) bu mayedən tökün . Növbəti günlər şəhər və axşam hər burun deşiyinə 2qr. ŞPRİSİN yarısını tökürsünüz. Atomarnıy kislorod immunitetinizi 100% gücləndirəcək. Heç bir virus sizə yaxın düşə bilməz. Virus olmayanda maye tökməyə ehtiyac yoxdur. Hər gün 3 dəfə 1 stəkan suya 10 damcı perekis qataraq içirəm. Vasif müəllim heç bir virus atomarnıy kislorodun qarşısında tab gətirə bilməz.