Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.
Avtosfer.az xəbər verir ki, videoda adı çəkilən Nurupaşa Abdullayev 2016-cı ildə Bakıda 20 yol polisi maşınından qaçaraq avtoxuliqanlıq edən, 2017-ci ildə isə qeyri-müəyyən səbəbdən ölən Nicat Abdullayevin atasıdır. Nicat Abdullayev həbs ediləndə atası Nurupaşa Abdullayev onu xilas etmək üçün polislərə təzyiqlər göstərməyə çalışmışdı.
Azərbaycan Dillər Universitetini bitirən Nicat Abdullayev həm də ailənin tək övladı idi. O, avtoxuliqanlığa görə dəfələrlə məhkum olunmuşdu. Atası onun əlindən avtobili alsa da, dost-tanışın maşınını götürüb öz əməllərini təkrar edirdi.
Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olmuşdu.
Nicat Abdullayevin adı həm də qonşuları ilə qalmaqallara hallanıb. Vaxtilə Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın 6-cı mərtəbəsindəki 52 saylı mənzildə yaşayan Nicat Abdullayev eyvandan həyətə şüşə butulkalar, qablar atırmış. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb.
Qonşular bu barədə dəfələrlə Nicatın atası, XİN-in şöbə müdiri Nurpaşa Abdullayevə müraciət etsələr, o, oğlunun qanunsuz əməllərinin qarşısını ala bilmədiyinin deyib.
N.Abdullayev bu cür əmələrinə görə də bir neçə dəfə cəza alıb. Hətta qonşularla davaya görə həbsdə də olub. Məhkəmə qərarında qeyd olunub ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Harın gənc evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dibçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş...
Nicat Abdullayevin atası Nurupaşa Abdullayev Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi idi. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurupaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.

Şərhlər
Belə atadan elə oqul olar....
XİN-də müavilər də yarıtmaz işçilərdir.Uzun müddətdir ortada yeyib.qıraqda gəzirlər.