Menu

Azərbaycanın Rusiyadakı səfiri soydaşlarımıza müraciət edib

25.07.2020, 15:06
Azərbaycanın Rusiyadakı səfiri soydaşlarımıza müraciət edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət edib.

"Report" xəbər verir ki, səfir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün azərbaycanlılara müraciət edərək bu günlərdə öz səsini ucaldan və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkürünü bildirib. Mehriban xanımın müraciətində bizə qarşı törədilən vandalizm aktlarına görə ürəkağrısı, Azərbaycan nümayəndələrinə qayğı, zorakılığın qəzəblə pislənməsi və zəkaya, dərrakəyə çağırış duyulur.

Azərbaycanın diplomatik missiyasının rəhbərinin müraciətində deyilir: “Rusiyada yaşayan bütün soydaşlarımıza müraciət edirəm, bu qadının, ananın, dövlət xadiminin çağırışı ilə diqqətlə tanış olun, onun sözlərinin mənasına fikir verin”.

Sənəddə deyilir: “Mehriban xanım Əliyeva son hadisələrə siyasi qiymət verərək vurğulayıb ki, baş verən hadisələr Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə olduğunu əyani surətdə nümayiş etdirir və bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.

Müraciətdə qeyd edildiyi kimi bu gün bizim əsas vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O xüsusi vurğulayıb ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz”.

Səfir Rusiyada yaşayan bütün soydaşlarımızı birləşməyə çağırıb. P.Bülbüloğlu deyib: “Provokasiyaları layiqincə dəf etmək üçün biz birlikdə olmalıyıq, lakin bu halda küçə davaları səviyyəsinə enməməliyik. Bizim mübarizəmiz hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.

Diplomat hər kəsin yaşadığı ölkənin qanunlarına riayət etməsinin vacibliyini vurğulayıb. “Siz Rusiyada yaşayırsınız, çoxunuz bu böyük ölkənin vətəndaşlarısınız. Sizdən xahiş edirəm, burada olan qanunlara və qaydalara riayət edin. Pandemiya şəraitində özünüzü ədalətli mübarizə üçün qoruyun, xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, çünki sizinlə bizim bir məqsədimiz var – Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün bərpa edilməsi və tarixi həqiqətin təntənəsi. Biz vətənpərvər əhval-ruhiyyəli soydaşlarımızla fəxr edirik. Haqq-ədalət bizim tərəfimizdədir və o, hökmən zəfər çalacaq! Mən sizin yanınızdayam!”, - deyə P.Bülbüloğlu bəyan edib.

Şərhlər

Ayət 2020-07-25 23:32:55

Polad müəllim bizim səfirlərimizin ən yaxşılarından biridir. O dünyanın ən böyük və azərbaycanlıların ən çox yaşadığı (iranı nəzərdə tutmuram) bir dövlətdə Azərbaycanı çox yaxşı təmsil edir. Bunu hətta bədnam qonşularımız da etiraf edirlər. Rusiya həm də erməni lobbisinin çox güclü olduğu 3 ölkənin biri olduğunu da yaddan çıxarmaq lazım deyil. Mən Polad müəllimə uğurlar arzulayıram.

X 2020-07-25 22:04:49

Bu Polad ne deyirse inanirsan ki milletin xeyrine deye biler. Bizim yanimizda olmadi bir az gulmelidi. Indiye qeder hardaymis cenab sefir sefir

Azərbaycanlı 2020-07-25 20:19:33

Bunun szünü Rusiyada eşidən var? Təcili dəyişdirilməlidir.Rusiya kimi ölkədə bizim hazırlıql, mütəxəssis,təcrübəli səfirimiz olmalıdır.Polar Lavrovla nə məsələ həll edə bilər ki?ıt

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol