SEVİNC OSMANQIZINDAN ERMƏNİLƏRƏ UTANCVERİCİ DƏSTƏK - VİDEO

Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib.

“Report” xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı "sivil" mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb.

O, iddia edib ki, guya bu gün "sivil" qarşıdurmanı pozan Azərbaycan tərəfidir. “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, “baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desin.

“Onlar (xaricdə yaşayan azərbaycanlılar - red) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları “görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görməzlikdən gəlir?

“Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı daha sonra əlavə edir: “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.

Məntiqsiz cümlələri ilə özü özünü ifşa edən jurnalist təəssüf ki, hansısa maraqlardan irəli gələrək Azərbaycanı nüfuzdan salmağa çalışır. 

Sevinc Osmanqızı gah “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir” - deyir, gah da "Davanın kimin başlamasını ayırd etmək çətin məsələdir", - iddiasını ortaya qoyur. Onun çıxışında ittiham irəli sürdüyü Azərbaycan sözündən cəmi 1 dəqiqə sonra davanı kimin başlamasının naməlum olduğunu deməsi həm məntiqsizlikdən, həm də siyasi savadsızlıqdan irəli gəlir. Şübhəsiz ki, bütün bunların xarici zərbəsi bizə dəyə bilər.

Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidlərimizi də unudub. Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da “yaddan çıxarıb”. Yoxsa düşmən dəyirmanına bu qədər su tökməzdi.  

635x100

Şərhlər

Vətəndaş 2020-08-01 22:46:04

Bu qadın nə deyib ki bir sürü kişi ah-vay içində tə

X 2020-07-27 15:56:08

Sizin saytdan gozlemezdim. Muharibe Qarabagda getmeliydi Generalimizin diger yuksek cinli herbicilerimizin qisasi alinmaliydi burda olur kasib sefiri konsulu qoruyur kasib xeyir ola. Bu Veten buservet bu memleket hami ucundu

X 2020-07-27 15:51:52

Qaraca qiz'eserinde Agcanin anasi qizin ilan calanda Qaraca qiza deyir axi siz dostsunus. Niye sefirliyi kefe geden dovleti talayib milyardlar uste oturan memularin kucukleri deyil bir qarin corek ucun geden kasib kusub qorumali ve doyulmelidi. Sevinc xanim Tovuzda geden muharibeni nezerde tutmayib mentiqliniz olsun diqqetle qulaq asin

Namiq ismayiv 2020-07-27 00:22:45

Bunların qani xarabdir....

Х - persona 2020-07-26 18:27:45

Такими заказными статьями азролитика выступает ни первый раз. С этим сайт не повышает свой и так низкий рейтинг. Известно, что С. Османгызы и раньше подверглась гнусным атакам псевдоратриотов.

Araz 2020-07-26 17:11:29

Ədalət bəy tamamilə düz deyir.....ANS "məktəbini" keçibsə ondan daha ne gözləməliyik.Ən düzü bu tipləri qınağ obyektinə çevirmək əvəzinə onların bizdən olmadıqlarını qəbul etməkdir.Çünkü onları sehv yolda olanlara eyniləşdirmək olmaz,bu onların xislətidir.

Vəli 2020-07-26 15:48:39

Amerkada uşaqları qanına-qəltan eləyiblər. Niyə səfir ya konsul ya başqa bir əməkdaş, ya Məmmədyarov kimilərin uşaqları orada döyülməyib.

Azəri 2020-07-26 14:49:20

O videoya baxmışam. Orada satqınlıq yoxdur. Bir də ki,müharibəni burada aparmaq lazımdır.Kasıb-kusubun uşaqlarını hay-küyə salıb orada da bədbəxt eləməyin. Nazirlərin talançı məmurların bircəciyinin orada burnu qanamayıb, yoxdurlar orada. Burada müharibə edib torpağı almaq, fırlatmaq lazım deyil.

müəllim 2020-07-26 14:33:00

Az politika obyektiv saytdır

Xalq 2020-07-26 14:29:51

bəsdirin milləti parçaladınız. Müharibə Qarabağdadır, rusiyada yox. Siz görmədiniz rus necə qapazdadı bizim millətdən olan satıcını? Elan qoymuşdu ki, erməniyə satmıram. Eşşək kimi qapazdadı hamı da o rusun tərəfini saxladı.

Vidadi 2020-07-26 14:19:42

O QIZIN DANIŞDIĞI VİDEONUN TAM MƏTNİNİ VERİN Kİ, İNSANLAR OXUYUB HƏRƏ ÖZÜ ÜÇÜN NƏTİCƏ ÇIXARSIN.

.EJDER 2020-07-26 13:11:35

AYE OQRU NAZIRLERIMIZ NEQAYIRIR,HIYYY.QUSARSUZ...

müəllim 2020-07-26 12:15:11

Az politika obyektiv saytdır

Mehman 2020-07-26 12:03:59

Nankor! Atanın ermənilər tərəfinfdən güllələndiyini nə tez unutdün????

Mehman 2020-07-26 12:03:59

Nankor! Atanın ermənilər tərəfinfdən güllələndiyini nə tez unutdün????

Namiq ismayilov 2020-07-26 11:59:46

Sen ne mundar adamsanmi& ay millet fedaileri ay xaricde ders verenler hec olmasa sizi eken kişinin xatirine .... cavab verin siz bu qeder i pul rezil olmuşsunuz....

semed 2020-07-26 11:57:56

dusmene qarsi hamimiz bir olmaliyiq ister on cebhede isterde de arxa iserse de informasiya mubarizesinde

Aborigen 2020-07-26 11:52:24

Hə bir millətin içərisində ən müxtəlif əqidə daşıyıcısı ola bilər. Ancaq ümumi düşmənə qarşı hamı birləşir. Bu hər yerdə və hamıya aiddir. Ermənilər bizim ən qorxulu düşmənimizdir. Onlar bu dünənin, bu günün, sabahın, bir illli, on illik, yüz illik, min illik düşmən feyil. Əbədi düşmənimizdir. Çünki, onlar bizi türk və azərbaycanlı olaraq düşmən hesab edirlər. Buna görə də daxilimizdə, içərimizdə, azərbaycanlı adı daşıyanlar arasında erməniləri düşmən hesab etməyənləri də ermənilər kimi düşmən hesab etmək lazımdır. . Bu belə olmayınca həmişə düşmənlər bizi üstələyəcək.

Vətəndaş 2020-07-26 11:50:05

Azpolitikanın əməkdaşlarına üzümü tuturam- Şər-böhtanla az məşğul olun vicdanınız olsun

müəllim 2020-07-26 11:36:55

Allah satqınlara lənət eləsin

Eldeniz 2020-07-26 11:35:17

Hami her seyi ela gorur,senden basqa.haram olsun sene.

Aborigen 2020-07-26 11:33:58

Bunları biz özümüz yetişdirərk dünyaya dağıtmışıq. Bu da millətə və dövlətə qarşı təğribatın bir üsuludur. Əgər bunların ərsəyə gəldiyi ailələri araşdırsaq, hər şey aydın olar.

miri 2020-07-26 11:25:36

Ən azından hansısa fərd haqqında yazı yazanda müallif qeyd olunması yaxşıdır. Yoxsa adsız müallif ila ( filmda adsız haqqında Söylünün dedikləri yada düşdü) kontekstdən çıxarılmış bir sözü "xırdalamaq" ila məşhur tənqidçi olmaz.

sakit 2020-07-26 11:18:06

Bu verilişə mən də baxmışam Sevinc xanım ....ermənilərdən" danışır Hansı ki30 ildir insanları məhv etməklə məşğul olublar

t.ədalət 2020-07-26 11:10:04

Mükafatlar və xüsusi fərmanlar alıb "hökumət qələmçisi" olan jurnalistlər kimi Sevinc Osmanovna da pula və yağlı tikəyə xidmət edir.Bu gün sevinc osmanovnanı ona görə tənqid etmək olmur ki,ölkəmizdə də maddi marağının quluna çevrilib ağasına xidmət edən,xalqın mənafeyindən uzaq olan "əməkdar" və "Vətənə xidmət"ordeni alan xeyli bvuyruq qulları var.Hətta iş elə gətirib ki,bircə sətir və ya bircə ifadə belə millətin mənafeyinə,dövlətçiliyimizin xeyrinə yazmayanları,ya "sözün rəssamı",ya da böyük Üzeyir bəyin "üstü" kimi təqdim edirlər.sevinc osmanovna da maddi marağına təslim olanların biridir.Belələrinin vətəni olmur..

Son yazılar