NAZİRLİKDƏN QƏRİBƏ 190 MANAT AÇIQLAMASI ... - "Biz hesab edirik ki..."

“Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, “Məşğulluq haqqında” qanuna əsasən, birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınan şəxslərə verilir: “Bundan sonra epidemioloji vəsiyyət nəzərə alınaraq 16 şəhər və rayonda məhdudiyyətlər tətbiq edilmişdi. Həmin yerlərdə də yaşayan və 190 manat alan şəxslərə yenidən 190 manat ödəniş etdik. Biz bu proqramı şəffaf şəkildə icra etdik. Torpaq və pay mülkiyyətçiləri məşğul şəxslər sayılır. Bu mənada həmin şəxslər məşğul şəxslər hesab olunur. Hazırda məşğulluq mərkəzlərində 26 minə yaxın iş yerləri var. 190 manatla bağlı şikayətlər nazirlik tərədindən araşdırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev göstəriş verib”.

Nazir müavini qeyd edib ki, uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir: “Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək”.

Maraqlıdır, əvvəla, adına 20-30 sot torpaq olan vətəndaş orada nə əkməlidir ki, il boyu heç olmasa minimum fizioloji təlabatını ödəyə bilsin? 

İkincisi, vətəndaşın kartları gec götürməsinin onun ehtiyacı ilə nə əlaqəsi ola bilər? Bəlkə, vətəndaşdan asılı olmayan hansısa problem yaranıb?

AzPolitika.info

635x100

Şərhlər

Gülnarə 2020-08-05 10:55:08

1,05 sot torpağıma görə 190 manatı ala bilmədim.Yoldaşım mart ayından işləmir özümüz kirayədə qalırıq.Bilmək istəyərdim nə səbəbə mənə düşmədi,ehtiyacım olduğyma görəmi?

Nailə 2020-08-05 06:52:44

Mən ürək xəstəsiyəm ürəyimdə iki ədəd stend var yenə halım pisləşib hekim deyirki yenidən anju olunmalıdır bu əməliyyat üçün 350 400 manat pul lazımdır mən dolanmaq üçün borc almışam pulu kartdan çıxartmadım ki ehtiyacımı ödəyim indi bu 190 manatin verilməməsı kartın blok edilməsi hansı ədalətdən danışmaq olar pulun verilməməsi üçün min bəhanə axtarılır

Faiq 2020-08-05 00:05:45

İyun firlatdiz iyul adıyla verdiz.bunnan danış ay memur.hemişede üçüncü defe verilib deyirsiz.hansı aydı demirsiz.yeni bu qeder avam sayırsız camaatı

Rəfail,pensiyaçı 2020-08-04 23:06:47

Qəribə nazirlikdən də qəribə məlumat olar.Pensiyalarin məbləqinsə ayrıseçkilik,tətinatında ayrıseçkilik olan nazirliksən nə gözləmək olar?ömrü boyu rüşvət alan.korrupsiya il məşğul olanlara 1200 vədaha artq. amma 40-45 İL sənayrə,nəqliyyatda,ağır işlərdə işləynlərə 150-200 manat pensiya təyin edən nazrlikdən nə gözləmək olar?

semed 2020-08-04 20:27:25

TRAMPIN qebuluna dusmek sansi inanin ki FAZIL TALIBOVUN qebuluna dusmek sansindan daha coxdur

Mirzə 2020-08-04 19:58:33

100 milyardları atanlarla haqq-hesab aparan yox,yetim-yesirlə 190-nın hesabını 100 ölçüb bir biçirlər. Bizə elə belə də lazımdır.

Şaiq 2020-08-04 19:01:53

Anar müəllim deyir ki, "biz hesab edirik ki". Sizin nəyi və necə şəffaf hesab etməyiniz heç nəyə əsas ola bilməz. Əsas, Dövlətin qanunlarıdır. Qanın nə deyir???

Pensiyaçı 2020-08-04 18:57:30

Siizin hesabınız batsın.Hesab emək üçün savad gərəkdir.....

Addil 2020-08-04 18:13:49

Derdeeee derd !!!

Mustafayev. Ş. Ş. 2020-08-04 18:05:58

Anar müəllim çox . ....işləyirsiniz. 190 m. əlaqədar 11 mayda yazılan məktybuma hələ cavab almamışam. Əhsən!!!!!!!!! sizə.

t.ədalət 2020-08-04 17:56:33

.....Əlbəttə,o,Azərbaycan körpələrinin ac qalmasına görə narahat ola bilməz.Görəsən,biz nə vaxta kimi belələrinin ümidinə qalasıyıq?

Son yazılar