Deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında çıxış edərkən bildirdi ki, pandemiya, neftin qiymətinin aşağı düşməsi bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatına da ciddi təsir göstərib.
Deputat çıxışında bildirdi: “Necə ola bilər ki, birinci yarımildə Azərbaycanda pandemiyanın ən şiddətli dövrü idi, amma biz dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik? Deyirik ki, turizmdə, tikintidə geriləmə oldu. Tikintidə 2019-cu ildə 6 faiz, 2020-də 14,5 faiz geriləmə olub. Bütün bunların hamısını neftin qiyməti, pandemiya ilə bağlamaq düzgün deyil. Qonşu dövlətlər Rusiya, Türkiyə, Gürcüstan var. Türkiyədə bütün müəssisələr, dövlət obyektləri işləyir, karantin tədbirləri də görülür.
Birinci yarımildə cənab prezidentin tapşırığı ilə 600 min insana 190 manat verildi. Sizi inandırıram, belə davam etsə, biz ikinci yarımildə çox ciddi problemlərlə üzləşəcəyik. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur.
Nazirlər Kabineti var, Operativ Qərargah var, oturub fikirləşsinlər, hansı müəssisələri işlətmək olar, onları işlətsinlər. İnsanlar oturub gözləyirlər. Bəzi müəssisələrin işləməsinə ehtiyac var, bunu təcili təmin etməliyik”.
Deputat qeyd etdi ki, yanvardan sonra vəziyyət daha da pisləşə bilər: “Əgər pandemiya davam edəcəksə, neftin qiyməti aşağı düşəcəksə, sonra nə edəcəyik? İstehsal sahələrinin, xidmət sahələrinin təcili işləməsi lazımdır”.
V.Əhmədov dedi ki, manatın talıeyinə aydınlıq gətirmək lazımdır: “Neftin qiyməti aşağı düşürsə, istehsal azalırsa, manatı da ciddi risklər gözləyir. Komitə iclasında Əli Məsimli bu məsələyə toxundu, amma cavab ala bilmədi”.
V.Əhmədov ölkədəki su problemindən danışdı, dövlət başçısının bu məsələ ilə bağlı verdiyi tapşırıqları xatırlatdı. Daha sonra deputat banklarla bağlı problemlərə də hökumətin diqqətini cəlb etməyə çalışdı: “4 bankı bağladılar, insanlar küçələrdədir, bankların qabağında yığışırlar, vəsaitlərini ala bilmirlər. Konstitusiya Məhkəməsi qərar verməlidir, hələ bu qərar verilməyib”.

Şərhlər
Sosİqtisadi probellər çoxdan aşkardı. Sosialmin 2019da atlandı! Korona və neftiin büdcə qiyməti bu il onu da batırır? Valyuta ehtiyatına və Qarabağa kəskin müraciət yeganə çıxışdır!
HƏFTƏNİN ALTINCI GÜNLƏRİNDƏ MARŞURUTUN İŞLƏMƏMƏSİ NƏ DEMƏKDİR BAŞA DÜŞMƏK OLMUR.HƏFTƏDƏ BEŞ GÜN İNSANLARI DOLU AVTOBUSLARDA DAŞIYIRSINIZ YOLUXDURURSUNUZ,ALTINCI GÜN MƏCBUR EDİRSİNİZ İNSANLAR BİR YERƏ GEDƏNDƏ TAKSİDƏN İSTİFADƏ ETSİNLƏR.FİKİRLƏŞƏN YOXDUR Kİ,XƏSTƏ VAR,VACİB HARASA GETMƏK LAZIMDIR BU İNSANLAR NECƏ GETSİNLƏR?HAMININ SİZİN KİMİ ÖZ MAŞINLARI YOXDUR AXI.HƏFTƏNİN ALTINCI GÜNLƏRİ MARŞURUTLARI AÇIN CAMAATI BEZDİRMƏYİN,TAKSİ MAFİYASINA İŞLƏMƏYİN.RAYONLARA GEDİŞDƏ VAR GƏLİŞDƏ ANCAQ RÜŞVƏXT MÜQABİLİNDƏ.KİMLƏRİNSƏ MARAĞI OLDUĞUNA GÖRƏ BU EPİDEMİYA ADI İLƏ XALQI HƏLƏ ÇOX İNCİDƏCƏKLƏR.HÖRMƏTLİ VAHİD MÜƏLLİM BU MƏSƏLƏLƏRİ QALDIRIN.CAMAAT YAZIQDIR.
Vahid müəllim dqz deyir.Belə idarəçiliklə bizim ölkənin axırı olduqca dəhşətli görünür.Adi bir misal: Pandemiya üçün ayrılan 3 milyard yarım manat kimlərə yardım üçün itirildi?Operativ Qərargahın tərkibi kimlərdir və statistika və qərarlarnın hansı əsasları mövcuddur? Nazirliklər aldatmaca ilə məşğul,nəarət yox.özbaşınalıq dövlət idarələrində baş alıb gedir.Milləti polis dəyənəyi və cərimələrlə yaşadırlar..
Manatı əhalinin indiki çətin vəziyyətdə qorumağın bir üsulu var. Hamıya məlumdur,hökumət də təsdiqləyir ki, talançı məmurlar milyardlarla pul oğurlayıblar. bilinmir 50 milyardır 100 ya 300-dür. Təkcə Beynəlxalq balkdan neçə milyard yox olduğunu yəqin təxmini də olsa bilənlər var. Onu Milli bank daha dəqiq bilər. Bu pulları həmin talançılardan almaq və elə bir fond yaratmaq ki, illərlə pandemiya Allah eləməsin süni surətdə davam etdirilsə də, iqtisadiyyat nə qədər dayansa da manatın heç vecinə də olmaz. Bunu da etmək mümkündür. Zorla xoşla xalqa atılan pulu talançılarda alıb indiki çətin vəziyyətdə xalqa qaytarmaq lazım ki müxtəlif gərginləşdirici üsullara əl atılmasın.
Devalvasiyanın ancaq talançılara xeyri var. Özlə bilir niyə. Kasıb əhali isə lap dilənçi günün düşər devalvasiya baş verərsə.
……“Çünki neftin qiyməti aşağı düşürsə, manatın məzənnəsində problem yarana bilər”….ayə, bu deputatların hamısı fil qulağında yatıb, ya ancaq parlamentdəki iqtisadçılardı belə....)))))))) Azərbaycan neftinin qiyməti artıq 45 doll. dır, bu gün, sabah 50 doll. olacaq......))))) o ki qaldı ölkənin neft gəlirlərinin kəskin azalmasına (istehsalın məcburi azaldılması səbəbindən) + büdcənin qeyri-neft vergi daxilolmalarının azalması + pandemiya ilə əlaqədar büdcə xərclərinin artımı + icmal büdcənin kəsri..........bu suallar artıq ilin əvvəli mart ayında məlum idi və bilənlər bunu görürdü, bir qədər gecikmisiz, deputat müəllim. Ölkə prezidenti və Mərkəzi bankın sədri bir mənalı olaraq manatın məzənnəsinin ilin sonuna qədər sabit qalacağını qeyd ediblər. O ki qaldı gələn ilə hər şey asılıdır sizin müəyyənləşdirəcəyiniz büdcə siyasətindən, hansı mümkün olan alternativ üzrə bu siyasət reallaşdırılacaq........bax bu, çox maraqlıdır, millət sizin fikirlərinizi gözləyir, görək siz nə deyəcəksiz???.........)))))))))
Məncəd dövlət özünəki $ı saxlayıb, bu bazarı (kimin var satsın, kim istəyir alsın) azadlıq versə doğru olar?
Yene daniwmag
DEVALVASİYA ANCAQ TALANÇILARA SƏRF EDİR,ÖZ CİNAYƏTLƏRİNİ TALANLARINI ÖRT-BASDIR ETMƏK ÜÇÜN BİR VASİTƏDİR. Sadə imkansız əhali üçün isə xaincəsinə arxadan bir daha vurulmuş bir zərbədir
DEVALVASİYA ANCAQ TALANÇILARA SƏRF EDİR,ÖZ CİNAYƏTLƏRİNİ TALANLARINI ÖRT-BASDIR ETMƏK ÜÇÜN BİR VASİTƏDİR. Sadə imkansız əhali üçün isə xaincəsinə arxadan bir daha vurulmuş bir zərbədir