"BİZ İSTƏMİRİK İNSANLARI EVƏ QAPADAQ, AMMA..."- "Biz buna çox davam edə bilməyəcəyik"

“Çox sayda insanın kütləvi şəkildə bir yerə yığışması yoluxmaları artırır”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün sanki insanların mövcud təhlükəni dərk etmədiyinə dair bir hiss yaranır:“Hələ kafelər, restoranlar, bütün mağazalar açılmayıb. Amma çox sayda insanın kütləvi şəkildə karantin qaydalarına əməl etmədən küçələrə axışmasını müşahidə edirik. Biz buna çox davam edə bilməyəcəyik. Burada artıq hökuməti günahlandırmaq olmaz. Biz istəmirik insanları evə qapadaq. Amma qaydalara əməl edilməsə, yoluxmaların sayı kütləvi artacaq. Ona görə hamıdan xahiş edirəm ki, mümkün qədər kütləvi yığışmalardan çəkinək, məsafə saxlayaq, maska taxaq”.

Şahmar Mövsümov jurnalistlərin suallarına cavab olaraq deyib ki, nəqliyyatda sıxlıq var. Metro artıq 1 aydan çoxdur ki, bağlıdır. Bu da avtobuslarda sıxlığa səbəb olur”.

Ş. Mövsümov bildirib ki, buna görə böyük həcmdə işlər görülür: “Artıq bir dənə də avtobusun qarajda qalmaması məqsəd kimi qarşıya qoyulub.

İkincisi, yollara nəzarət tədbirləri görülür. Burada əhaliyə çağırışımız var. Günün ikinci yarısında bu sıxlıqlar daha çox olur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsin. 

Bu bizə həddən çox kömək edər. Bununla həm vətəndaş özü rahat olacaq, həm də virusun yoluxmasının qarşısını almağa kömək edəcək. Avtobuslarının sayını artırmaqla isə virusun qarşısını almaq mümkün olmayacaq”.

Şahmar Mövsümov onu da qeyd edib ki, virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir.

O bildirib ki, karantin qaydalarına əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq:“Cəmiyyətdə bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu çox yanlışdır. Həmin insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır. Azərbaycan Prezidenti də o gün keçirdiyi iclasda hamımızın karantindən yorulduğunu dedi. Amma biz bu qaydalara riayət etməklə bugünkü statistikaya nail ola bilmişik. Ona görə də hamımız qaydalara riayət etməliyik”.

635x100

Şərhlər

Helime 2020-08-08 22:55:08

"Biz istemirik insanlari incidek", amma, gozleyirik yay qurtarsin, rayon yollarini achaq. Elbette, size milletden ne? Ozunuz hara istesez gedib, gelirsiniz. Ancaq ve ancaq cefeng qerarlar ver.kle meshgulsuz .

Cavan 2020-08-08 21:05:55

HƏFTƏNİN 6=CI GÜNLƏRİ MARŞURUTLARIN İŞLƏMƏMƏSİ İNSANLARI ÇOX ƏSƏBLƏŞDİRİR.2 GÜN İNSANLARI TAKSİYƏ MİNMƏKLƏ İŞƏ GETMƏYƏ MƏCBUR EDİRSİNİZ.XƏSTƏXANALAR,BİR ÇOX MÜƏSSİSƏLƏR,MARKETLƏR VƏ S.. İŞLƏYİR.İŞ YERLƏRİNƏ İNSANLAR NƏ İLƏ GETMƏLİDİRLƏR?BUNU FİKİRLƏŞMƏYƏ QABİLİYYƏTİNİZ ÇATMIRSA İNSANLARIN FİKRİNİ DİNLƏYİN VƏ QƏBUL EDİN.VALLAH CƏMİYYƏT ARTIQ PÜSKÜRMƏYƏ HAZIR VULKAN KİMİDİR.BƏSDİRİN.

Kamil 2020-08-08 19:27:15

Millətə nə minnət qoyursan? Türmədə nə qədər saxlamaq olar? Artıq mümkün deyil

Fuad 2020-08-08 16:51:41

YURUŞLER OLMASA BELE OLACAQ ÇAŞIB MİTİNQ OLSA QAPANMA OLACAQ

Kamil 2020-08-08 16:31:02

2 gündür SMS ləğv olunub artıq bıhanı axtarırlar insanların yenidən azadlığını almağa. Yenidən sərtləşdirmə olsa bu 100 faiz əhalini ölümə məhkum etməkdir. Dünyada virusa qarşı mübarizə aparılır.Ancaq bəzi ölkələrdə isə bundan sui-istifadə edirlər. SMS icazə bütün ölkələrdə varmı?. İnsanar əsəbdən immunitet çatışmamazlığından acından ölürlər belə müftəxorlar milyonlar üstündə yatanlar hə

t.ədalət 2020-08-08 14:41:51

Maliyyə cəhətdən tükənmiş xalqı qəsdən pis vəziyyətə salmaq yetər.

t.ədalət 2020-08-08 14:15:12

Təəssüf ki yoluxma,ancaq bizdə olur."Radikal müxalifətin" olmadığı ölkələrdə yoluxma baş vermir.....

Memmed 2020-08-08 13:25:33

Demek olar ki,haminin her gun temasda oldugu,elden-ele kecen pul goresen virusu yayir,yoxsa pul virus dasiyicisi ola bilmez?

HACI DAYI 2020-08-08 11:54:18

HƏFTƏNİN 6-CI GÜNÜ MARŞURUTLARI İŞLƏDİN .İNSANLARI İNCİTMƏYİN.HAMININ SİZİN KİMİ DÖVLƏT MAŞINI YOXDUR.İŞƏ NƏ İLƏ GETMƏLİDİRLƏR?TAKSİ MAFİYASINA İŞLƏYİRSİNİZ,CAMAATI AXMAQ YERNƏ QOYMAYIN.İNSANLARI ADIQLARI PULU TAKSİLƏRƏ VERMƏYƏ MƏCBUR EDİRSİNİZ.YƏQİN ÖZ ŞİRKƏTLƏRİNİZDİR.

Son yazılar