Menu

“RAMİZ MEHDİYEV ZƏRƏRSİZLƏŞDİRİLMƏLİDİR!” – “Siyavuş Novruzov o toyda ermənilərin əhatəsində idi”

22.08.2020, 19:00
“RAMİZ MEHDİYEV ZƏRƏRSİZLƏŞDİRİLMƏLİDİR!” – “Siyavuş Novruzov o toyda ermənilərin əhatəsində idi”

“Bütün dünya pandemiyanın yaratmış olduğu ağır vəziyyətin içindədir. Azərbaycan dövləti bu böyük bəladan az itki ilə çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Dövlət başçısı səviyyəsində bütün proseslər nəzarət altındadır. Xalqımız dövlətimizlə bərabər Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq virusa qarşı mübarizə aparır. Çox təəssüf edirəm ki, uzun müddət Azərbaycan Respublikasında kifayət qədər yüksək vəzifə daşıyan, bir çox məsələlərdə özünü həlledici şəxs qismində göstərən və qanunlardan kifayət qədər xəbəri olan Ramiz Mehdiyev Azərbaycan qanunlarına əməl etmədən, pandemiyanın yaratmış olduğu məhdudiyyətləri nəzərə almadan, Operativ Qərargahın qəbul etdiyi kütləvi tədbirlər, eyni zamanda toy məclislərinin keçirilməsi ilə bağlı qadağalara əhəmiyyət vermədən, həm də ictimai rəyi nəzərə almadan nəvəsinin toy mərasimini təşkil edib. Mən bunu pisləyirəm və tamamilə qəbuledilməz hesab edirəm”. 

Bunları Teleqraf.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin bu davranışı Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına meydan oxumaqdadır: “Şübhəsiz ki, həlledici söz onundur. Onun razılığı olmadan bu toy mərasimi keçirilə bilməzdi. Onun razılığı olmadan toyda iştirak edən qonaqlar evinin kandarında belə görünə bilməzdi, bu işlərin təşkilatçısı odur. O, Azərbaycan qanunlarını təpiklər altına ataraq, Azərbaycan xalqını təhqir edərək, özünün hər kəsdən üstün mövqeyə malik olduğunu nümayiş etdirir. O bu gün elimizin məbədi hesab olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentidir. Bu vəzifənin daşıyıcısı olaraq sözün həqiqi mənasında alimlərə məxsus olan nəcibliyi, qanun və qaydalara ciddi şəkildə əməl etməyi, bütün cəmiyyətimiz tərəfindən hörmət bəslənilən ziyalılığı nəzərə almalı və bu adımı atmamalı idi. Bu keyfiyyətlər isə Ramiz Mehdiyevdə yoxdur. Düşünürəm ki, onun AMEA-nın prezidenti vəzifəsini daşımağa heç bir mənəvi haqqı yoxdur, bu vəzifədən uzaqlaşdırılmalıdır. Eyni zamanda çoxsaylı hökumət təltifləri var ki, bu təltiflərdən məhrum edilməlidir. Mən inanıram ki, dövlətimiz Ramiz Mehdiyevin atdığı bu addımları ciddi şəkildə tənbeh etməklə, onun haqqında ciddi tədbirlər həyata keçirəcəkdir. Bu, təkcə mənim yox, sosial şəbəkələrdə də görüldüyü kimi, bütün Azərbaycan xalqının istəyi və arzusudur”.

Deputat hesab edir ki, Ramiz Mehdiyev bu addımı ilə bir daha özünün Azərbaycan xalqı ilə bir olmadığını, mənəvi dəyərlərimizi təpiklər altına atdığını sübut etdi: “Necə ola bilər ki, on minlərlə vətəndaşımız evinə gəlin gətirmək, gəlin köçürmək üçün aylardır pandemiyanın tez bitməsini gözləyir, övladına xonça hazırlayanın xonçasını toz basıb, o toy edə bilmir. İstənilən halda övladına ad günü keçirmək, yaxud sünnət mərasimini keçirmək üçün pandemiya qanunlarını pozduğuna, yaxud dostları ilə hansısa kafedə əyləşdiklərinə görə onlar haqlı olaraq Azərbaycan qanunları çərçivəsində cəzalanırlar. Bəs Ramiz Mehdiyevin o insanlardan nəyi artıqdır? Heç nəyi. O demək deyil ki, onun külli miqdarda sərvəti var, uzun illər boyu Azərbaycan dövlətçiliyində post tutdu. O postu tutmaqla Azərbaycan xalqına, dövlətinə böyük problemlər yaradıb, xəyanətlər edib. Mənsub olduğu komandanın tapşırıqlarını yerinə yetirib. Bu gün bəlli oldu ki, toy mərasimini təşkil edən, gəlin köçürən sabiq deputat İlham Əliyev məhkəmənin hökmü ilə 15 sutkalıq cəzalandırılıb. Bu, çox düzgün yanaşmadır. Mənə elə gəlir ki, bu, kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu nümayiş etdirən addımdır. Lakin bu, kifayət deyil. Ən vacib addımlardan biri uzun illərdən bəri Azərbaycan dövlətinin ayaqları altına basılmış mina olan Ramiz Mehdiyevin zərərsizləşdirilməsidir”.

Toy məclisində iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov haqqında danışan Fəzail Ağamalı, onun bu davranışı ilə özünü gözdən saldığını bildirib: “Məndə olan məlumata görə, Ramiz Mehdiyev Abel Məhərrəmovun cəzalandırılmasında, onun rektorluqdan uzaqlaşdırılmasında çox ciddi, həlledici rol oynayıb. Bunu bilə-bilə Abel Məhərrəmovun həm də akademikə yaraşmayan yaltaq mövqe nümayiş etdirib, o cür çıxış etməsini gözləmirdim. Məlum oldu ki, o kifayət qədər şəxsiyyətinə hörmət edən adam deyil. Xalqın adından danışmaq kimi cəsarətli yükü öz üzərinə götürməsi ən böyük məsuliyyətsizlikdir. Mən Abel Məhərrəmovu hansı cəzanı gözlədiyini bilmirəm. Amma ən böyük cəza insanların onu tənbeh etməsi, onu görəndə üzünü çevirməsidir. Mənə elə gəlir ki, Abel Məhərrəmovda zərrə qədər özünə hörmət varsa, bu, ona mənəvi işgəncə verməlidir. Abel Məhərrəmov BDU-nun rektorluğu vəzifəsindən azad edildiyi zaman mənə suallar ünvanlayırdılar. Mən Abel Məhərrəmova təsəlli verəcək sözlər demişdim. Demişdim ki, hər bir insanın həyatında səhvlər olur, o səhvlərdən birini də Abel Məhərrəmov edib, cəzasını aldı. Onun ətrafında müzakirə aparmağa ehtiyac yoxdur, akademik, alimdir, uzun illər BDU-nun rektoru vəzifəsini icra edib. İndi təəssüf edirəm ki, Abel Məhərrəmov haqqında o ziyalıdır, alimdir sözlərini işlətməyə dilim gəlmir”.

Fəzail Ağamalı toy məclisində iştirak edən millət vəkili Siyavuş Novruzov haqqında da danışıb: “Siyavuş Novruzov millət vəkili olaraq karantin rejimi qaydalarını pozmamalı, toya dəvət olunsa da, getməli deyildi. Orada xanımı, Ombudsman Səbinə Əliyevanın iştirakı da birbaşa olaraq Siyavuş Novruzovun günahıdır. Aldığım məlumatlara görə, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən cəzalandırılıb. Siyavuş Novruzovun orada iştirak etməsində məndə xüsusi olaraq təəccüb yaradan o oldu ki, o, hər zaman çıxışlarında ermənilərə qarşı nifrətini ortaya qoyurdu. Ancaq o toy mərasimində Siyavuş Novruzov başdan başa ermənilərin əhatəsində idi. Ramiz Mehdiyevin erməni həyat yoldaşı olan Kalinanın, Kalinanın qardaşı, Ramiz Mehdiyevin qaynı olan Levonun və onun erməni övladlarının əhatəsində Siyavuş Novruzov toy şənliyində iştirak edirdi, özünü çox rahat hiss edirdi. Bu baxımdan düşünürəm ki, Siyavuş Novruzov burada çox böyük günah işlətdi və dediklərinin əksinə davranışlarını ortaya qoydu”.

Şərhlər

Shushali 2020-08-30 19:33:30

O toyun sahibinin mensheyi Meshdagadandir, senin dediyinden bu cixir ki, onlar ermenidir

Seçici 2020-08-27 21:59:29

Fəzail sənin özünü də zərərsizləşdirmək lazımdır......

Arzuman 2020-08-26 20:45:07

Novruzov o toya razvedkaya getmişdi

Mehdi 2020-08-24 08:44:48

fəzaildi,hafiz haciyevdi birdə siyavusdu bir birlerine neçə də oxsayirlar ilahi.Aqillari eyni ,savadlari eyni,medeniyyetleri eyni,terbiyeleri eyni,dunyagörusləri eyni,hərəkətləri eyni.Elə bil eyni ana ucəm doqub bunlari.Birini görəndə ucu də dusur yada nətəri seydisə.

Omer 2020-08-24 04:37:21

Mence artiq toylara icaze vermek lazimdir. Birldeki abel muellim barede dediyiniz mence yanlisdir. Qanunsuz kecirilen toydan ve orda istirak Eden dovlet adamlarin Dan danisvmaq lazimdir.. Amma kimse isden cixarilmis adamin were fine sagliq deyirse burda ne qebahet VAR.? Eger o bunu bir nece il evvel dese idi bu yaltaqliq olardi.. Mence esl yaltaqlar bele seyi qisqananlardi

OXUCU 2020-08-23 21:09:55

FƏZAİL AĞAMALIYEV BELƏ YERDƏ DEYİRLƏR VAYYYƏ........

Mərdə cavab 2020-08-23 19:54:26

"Allah hamiya toy qismət eləsin, yaxşı gün nəsib etsin, Allah bütün millətimizi mehriban eləsin, hamını xoşbəxt eləsin, əziz dostlar pozitiv məqamlardan yazın, bir birinizə güzəşt etməyə bacarın, pislik eləməyə nə var ki" Kimə güzəşt edək? Erməni ilə yan-yana oturub şərab içənlərəmi? Xocalıda bu millətin namusunu, şərəfini, mənliyini tapdalayan ermənilərlə bir yerdə olanlaramı? Bu millətin çörəyini yeyib it kimi quduzlaşanlaram? rım

Murad 2020-08-23 16:39:35

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

Aqil 2020-08-23 15:32:00

Sən girən kol deyil ,sənin o qədər minusların var sandığı açsalar daş-qalaqa məruz qalacaqsan.

Oxucu 2020-08-23 14:03:09

Bu Fəzail görəsən onlarin. qohumlarinin erməni olmasi haqqinda məlumati yox idi? Ən azindan mətbuat həmişə yazirdi. Adam utanir vallah. Onlari qətiyyən müdafiə etmək fikrim yoxdur. Amma yixilandan sonra... özü də o həmişə...

Azər 2020-08-23 12:20:19

Yatıb, yatıb indi ayılmışıq.....Azərbaycanın sərvətləri daşınandan, torpaqları itirələndən sonra, bir millət kimi məhv ediləndən sonra....

Şaiq 2020-08-23 11:55:38

Ombudsman, hüquq və azadlıqlarımızı qorumalı olan adam qanunları pozursa biz ona güvənə bilmərik. Atası, əri milli məclisdə işləyən adamın ombudsman təyin olunmasının özü qanun pozuntusudur, o bitərəf ola bilməz. Ombudsman bitərəf, heç kimdən asılı olmayan şəxs olmalıdır. Qanunlara hörmət etməyən adam digərlərindən qanuna əməl etməyi tələb edə bilməz!!!

Tural 2020-08-23 09:55:51

Budu bizim ziyalılarımız heçnə

Kipcak 2020-08-23 09:46:49

В Азербайджане закон работает , когда это нужно чиновникам

Enver 2020-08-23 09:45:31

Eger cenab prezidentimize daha da yaxshi arxa dayaq dudsaq ramiz kimileerin axirina az qalib

behrem 2020-08-23 09:08:27

Fezail muellim hemise yuksek dovletcilik movqeyinden cixis edib,Elmar Veliyev haqqinda hami susanda da o oz movqeyini ortaya qoyaraq onun dovletciliyimize tehluke oldugunu aciqca soyleyib.

Yetim 2020-08-23 08:40:32

Fəzail də ......

nihad 2020-08-22 23:13:11

bunlar düzəlmir ki,düzəlmir

Aborigen 2020-08-22 22:42:43

"Ancaq o toy mərasimində Siyavuş Novruzov başdan başa ermənilərin əhatəsində idi." Əgər bu doğru deyilsə Səyavuş Novruzov bu təhqir üçün F. Ağamalını dərhal məhkəməyə verməlidir. Yox əgər doğrudursa onda bizim insan adını daşımağımız fahişəlikdir!!!

Ugur 2020-08-22 22:21:52

Əli Əsədov və Hadi Rəcəbli də toy etmişdi onlardan da yazin de

Eyvaz 2020-08-22 22:20:15

Məni narahat edən məsələ odur ki,bir çox məmur və millət vəkilləri öz vicdanlarina əziyyət verərək həqiqətləri əvvəlcədən demirlər.

AMIN 2020-08-22 21:50:09

Fəzail müəllim bu fikirlərinizə görə təşəkkürlər.

AMIN 2020-08-22 21:45:00

Fəzail müəllim bu fikirlərinizə görə təşəkkürlər.

Sabir 2020-08-22 21:41:31

Abel ne vahdan ziyali olub ki,esl tacirdi

İlqar Ağasəfoğlu 2020-08-22 21:40:32

Bu səhv deyil, vətənə, dövlətə XƏYANƏTDİR. Burda adı çəkilən hər bir şəxs milli xəyanətkarlardır.

Adil 2020-08-22 21:38:21

Elə xalis ermeninin biridə.....

Məhəbbət 2020-08-22 21:26:25

Qanun hamı üçün qanundur.Qanunu pozan deputat və məmur nəinki həbs olunmalı hətta tutduğu vəzifəsindən azad olunmalıdır.Çoxları unudub ki, düşmənimiz evimizin içindədir.Unutmamalıyıq ki, daxilimizdə olan düşmənlərimizi təmizləməsək xaricidə olan düşmənlərimiz daxildə olan düşmənlərimizin əli ilə Azərbaycanıımızı asta-asta məhv edəcəklər.Qəribəsi budur ki, yuxarıdan tutmuş aşağiya qədər hamı bilir ki,bəzi vəzifəli məmurlarımızın kökü,nəsli,əjdadı ermənidir.

Özgür 2020-08-22 21:18:19

Bax bütün bunlara görə Qarabağı ala bilmirik!

t.ədalət 2020-08-22 20:58:31

Nazirlərimizin əksəriyyəti ermənilərlə qan qarışığına malikdir.Anası,arvadı və ögey atası erməni olan nazirlər olub, var....

miri 2020-08-22 20:57:05

Olması isə daha çox qəlb ağrıdır. Köhnə silahdaşları bu vəziyyətdə, kömək üçün "qapıya bağlı" personajları ondan betar. Onları isa hər ikisindən betar. Allah layiq bəlanızı versin.

NAC. RAZD.SEDRINE 2020-08-22 20:45:57

SIZLER VICDANIN NE OLDUQUNU BILIRSINIZ,HA HA HA

Şaiq 2020-08-22 20:25:21

Fəzail müəllim, deputatsınız, sorğu göndərin görək 30.000 erməninin milliyətini, ad və soyadını dəyişərək aramıza yerləşdirənlər kimlərdir, MƏQSƏDLƏRİ nədir???

Türk 2020-08-22 20:07:42

Bizim var dövlətimizi talayan,bizi qul kimi işlədənlər hamısı deyəsən ermənilərdir

Niyaz 2020-08-22 20:05:16

O ermənilər Levon adı ilə Bakıdadırlar, yoxsa adlarını dəyişiblər?

Həbib 2020-08-22 20:02:51

Fəzail bəlkə xəbərin yoxdur elə Siyavuşun da erçəni ilə qohumluğu var.

Mərd 2020-08-22 20:00:52

Allah hamiya toy qismət eləsin, yaxşı gün nəsib etsin, Allah bütün millətimizi mehriban eləsin, hamını xoşbəxt eləsin, əziz dostlar pozitiv məqamlardan yazın, bir birinizə güzəşt etməyə bacarın, pislik eləməyə nə var ki

Azəri 2020-08-22 19:59:54

Fəzail təsdiqləyir ki vəzifədəkilərin əksəriyyəti düşmən qanı daşıyanlardırlar.

oxucu 2020-08-22 19:48:02

Syavuş Novruzovun oturduğu stolda onun qiyməti yazilib.ondan ancaq qəssab olar.

Ali 2020-08-22 19:46:28

Gürcü milləti deyirdilər ???

M O 2020-08-22 19:36:23

Ay Ağlamalı müəllim siyavuş kimiləri üçün nə erməni nə o birisi. Onunçun vəzifədə kresloda qalmaq hər şeydən irəlidir.özü ermənidən betərdi. Yadınınızdan çızıbmı onun saxta medalları?

Gülşən 2020-08-22 19:35:28

Ermənilərin Azərbaycanda olması general Polad Həşimovun, və digər Şəhidlərimizin ruhuna böyük hörmətsizlikdir, onları rədd etmək lazımdır Azərbaycandan, ya da xarabalarında oturub heç bir yerəö çıxammalıdırlar.

Gəray 2020-08-22 19:21:05

Guya Fəzayıl heç zaman R.Mehdiyevin ailəsinin məclislərində iştirak etməyib...

Vahid 2020-08-22 18:58:31

Ermənilərin Bakıda keuflənməsi şəhidlərin ruhuna hörmətsizlikdir. Xalqa jxəyanətdir. Kökümdə rrməni qanı olan adamın dövlət vəzifəsində işləməsi yaxılmamış qanunla təsbit olunmalıdır.

Əli 2020-08-22 18:55:54

Ramiz Mehdiyevin arvadının erməni olduğunu indi bilirsiniz? O, vəzif'd' olanda deyə bilmirdiniz? Yıxılana balta vurmaq bizim adətimizdir.

Əli 2020-08-22 18:43:56

Ramiz Mehdiyevin arvadının erməni olduğunu indi bilirsiniz?

Kamil 2020-08-22 18:13:36

Özünüz özünüzün iç üzünü açırsınız.Əla! Bir düşünə bilirsinizmi ki, (əgər düşünən başınız varsa) bu ölkəni hara sürükləyirsiniz?d

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol