“BİR ÇOX QƏTLLƏRİN BAŞINDA MEHDİYEVİN DURDUĞU İDDİA OLUNURDU...” – Vitse-spikerdən ağır ittihamlar

Adil Əliyev: “Kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən”

Parlamentin vitse-spikeri Adil Əliyev Ramiz Mehdiyevin son açıqlamalarına münasibət bildirib.

“AzPolitika.info” xəbər verir ki, A.Əliyev Ovqat.com-a açıqlamasında AMEA prezidentinin son fikirlərində sual doğuran çoxlu sayda məqamların olduğunu bildirib: Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama verib-vermədiyi sualı hələ də açıq qalır. AMEA belə bir açıqlama verilmədiyini bildirir, “Təzadlar” qəzeti isə israrla öz mövqeyinin üzərində dayanır. Bu mübahisəni onların öz ixtiyarlarına buraxıram”.

Ramiz Mehdiyevin bundan əvvəlki açıqlamalarını xatırladan A.Əliyev xüsusilə “nankor və süfrə qırıntıları ilə yaşayanlar” kimi fikirlərin üzərində dayanıb: “Ötən açıqlamasında Ramiz Mehdiyev öz əleyhdarlarını “satqın”, “əqidəsini dəyişən”, “həris”, “nankor” kimi səciyyələndirmişdi. Onun “Təzadlar”da dərc olunan açıqlaması da mahiyyət etibarilə əvvəlki mövqeyindən fərqlənmir. Odur ki, Ramiz Mehdiyevin verdiyi açıqlamanın arxasından niyə qaçdığı şəxsən mənə aydın deyil”.

AMEA prezidentinin açıqlamasında şantaj elementlərinin olduğunu bildirən vitse-spiker hesab edir ki, kimlərisə təhdid edən R.Mehdiyevin söylədikləri həm də öz cinayətylərinin etirafı hesab oluna bilər:Əvvəla, adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən. Yox, əgər bunların heç birini etməmisənsə, niyə indiyə qədər susmusan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etməsinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir.

İkincisi, “susmasanız, faktları açıqlayaram” məntiqinin cinayət hüququnda bir adı var – şantaj. Ramiz Mehdiyev uzun illərdir dövlət adamı statusunu daşıyır. Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir.

Ən əsası isə, bilirsiniz ki, zaman-zaman Azərbaycan ictimai rəyində ölkədə baş verən bir çox qətl hadisələrinin, adam oğurluqlarının, gömrükdən və vergidən yayınmaların başında bu adamın durduğu iddia olunurdu.

Mətbuatda bu iddiaları təsdiqləyən kifayət qədər məlumatlar və dəlillər var. Bu mənada həmin təhdidlərin kimlərə ünvanlandığı aydındır. Əlbəttə, sözügedən iddiaların bəziləri sadəcə qarayaxma da ola bilər. Odur ki, həmin adamlar konkret mövqe ortaya qoymalı, iddiaları ciddi dəlillərlə inkar etməli, təhdidlərə boyun əymədiklərini açıq-aşkar sərgiləməlidirlər”. 

Tahir

AzPolitika.info

635x100

Şərhlər

adsız müəlifdən 2020-09-16 00:02:29

Aşağıdan yuxarı bayquş baxıb uladı, Aşağı en!Dərələrdə çabala.Nə qədər qanad çalsan bu əngin səmada mənəÇata bilməzsən bala..Qanadımın yanında sən Bir ölü milçəksən

Moshu 2020-09-15 21:31:05

Hər yaşın öz gözəlliyi var: uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq və ən əsası kamillik. Bu toy məsələsi olandan sonra anlaya bilmirəm ki, Ramiz Mehdiyevə nə olub ki, hamını asıb-kəsir, hədə-qorxu gəlir, təhdid edir. Ay ağsaqqal, bu cavan nəsil Sizdən nəyi öyrənsin? Onlar da gələcəyin ağsaqqallarıdırlar. Artıq kifayət qədər vaxt keçib, camaatın problemləri başından aşır, heç toy məsələsi yada da düşmür, Siz isə elə hey bu məsələni qabardırsınız, gündəmdə saxlamağa çalışırsınız. Yaxşı-pis, kifayət qədər yüksək vəzifə sahibi olmuşunuz, bəlkə də ölkə rəhbərliyi Sizin qədər gündəmdə olmayıb, daşıdığınız vəzifədən istifadə edərək ağıla gəlməyən var-dövlət sahibi olmuşunuz. Övladlarınızı yerbəyer etmişiniz, ömür boyu işləməsələr belə bir neçə nəslə bəs edəcək qədər milyardları var. Allah eləməsin, mən Ramiz Mehdiyev olsa idim Aparat rəhbəri vəzifəsindən gedəndən sonra heç ARMEA-ya da getməzdim. İnandırım Sizi, daha hörmətli, xalqın yaddaşında dəyərli insan kimi qalardınız. Görürsünüz ki, artıq harada nə qədər bəs edəcək hektarlarla torpaqlarınızın, villalarınızın siyahısını saytlara təqdim edirlər. İş o yerə çatıb ki, Sizin milli mənsubiyyətinizi gündəmə gətirirlər. Nə qədər qəbahətiniz olsa da belə Sizə Siz deyə müraciət edirəm və xahiş edirəm bu dəlioğlanlığı kənara qoyub daşı ətəyinizdən tökün, əks halda əkdiklərinizin acı nəticələrini dadacaqsınız, bu da Sizə yaxşı heç nə vəd etmir və etməyəcək. Bir el misalı var: ala inək böyələnəkdikdə balasını buynuzuna keçirib yerə vurur. Mən belə aqibəti Sizə arzu etməzdim. İndi keçək vitse-spikerin yazısına. Adil müəllim əsl hüquqşünas kimi çox gözəl qeyd edir: “Kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən”. Adil müəllimin qoyduğu suallar hüquqi cəhətdən əsaslı və məntiqlidir. Ramiz müəllim, görürsünüz nə qədər ittihamlar irəli sürülür. Bu Sizə lazımdırmı? Ağır otur batman gəl. Siz düşdüyünüz bataqlıqda nə qədər çabalayacaqsınızsa, bir o qədər bataqlıq Sizi cənginə alacaq. Bu ahıl yaşınızda müdriklik göstərsəniz Sizin xeyrinizə olar. Bu qədər

Dİplomat Pensioner 2020-09-15 19:24:39

ELmar Məmmədyarovu da dəstəkləyən, XİN-də ELmarin əli ilə türkpərəst qüvvələrə divan tutduran da Ramiz Mehdiyev olub. İndiki səfirlərin hamsı bir nəfər kimi Ramiz Enverorvişin xeyir -duası ilə iş başına gəliblər.

S.Ənvərqızı 2020-09-15 14:10:54

Dəfələrlə deməyimə baxmaaraq ki, məmur özbaşnalığı hökm sürür, heç kim mənim doğru sözümə inanan yoxdur. PA -da saysız hesabsız müraciətlər etməyimə baxmayaraq heç əhəmiyyət belə verən yoxdur. Kimə müraciət edəsən..???

.EJDER NAQILBAZ 2020-09-15 01:59:29

SIZ HAMINIZ ORDEN,MEDALLI ANALOQU OLMAYAN...HA HA HA MALADES.QIRQINDI

Amon 2020-09-14 23:24:07

Beli ramiz Mehdiyev bu olkeye cox ziyan vurub bunu sade insanlar 10 ildi deyir amma siz memurlar indi dile getirirsiz demek ki sade insanlar sizden cox cox agillidi

vətənpərvər 2020-09-14 23:01:45

2001-ci ildə ilk mətbuata Fəzail Ağamalı açıqlama verəndə heç kimdə o cəsarət yox idi. hamı Ramiz Mehdiyevə yaltaqlanırdı, ondan qorxurdular. Fəzail müəllim bir cəsarət, stimul verdi bunlara. indi hamı cəsarətli olub vaxtında deyə bilmədikləri deyirlər. 2001-ci ildən bu yana harda idiniz. O, zaman F.Ağamalını dəstəkləyərf

Səid 2020-09-14 22:10:42

Bunu Ramiz Mehdiyev vəzifədə olanda desəydiniz hamılıqla sizi alqışlayardıq. İmkan varsa vəzifədə olan daha betər məmurları da tənqid edin!!! Gözləyirik!

ET 2020-09-14 21:56:44

Ramiz mellime deyilenleri , 1il qabaq deyen adam vardı?....

Fakt 2020-09-14 21:34:58

Bunların qanunsuz yolla topladıqları sərvətlər əllərindən alınmalı, başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər.. Bütün məmurlar o cündədir, vətəndaşaş xidmət etmək istəmirlər, sosial narazılıqların artırılmasına şərait yaradırlar, aidiyyatı qurumların rəhbərləridə bu qanunsuzluqlara göz yumurlar...

Oxucu 2020-09-14 19:16:06

Marağlıdır indiyə kimi Hacı Məmmədova ölüm sifarişlərini kimin verdiyi açıalanmayıb.

Həqiqət 2020-09-14 19:00:48

Bəs indiyedek niyə susurduz? indi diliniz açıldı?

miri 2020-09-14 18:32:02

Mehdiyevin memuar yazmaq sevdası nəinki son 30 ildə törədilən siyasi qətllər, hətta Leninin ölümünün icrasını "boynuna yuklemek" ilə bitəcək. ..

Son yazılar