Menu

İranda təyyarə qəzaya uğradı

25.09.2020, 22:40
İranda təyyarə qəzaya uğradı

İranın Əlborz vilayətinin Nəzərəbad bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb.Təyyarə təlim üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Nəticədə 2 nəfər ağır yaralanıb.

Vilayətin səhiyyə xidmətləri idarəsinin rəisi Mehrdad Babayi mətbuat nümayəndələrinə bildirib ki, yaralılar helikopterlə yaxınlıqdakı Kərəc şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti çox ağır qiymətləndirilir.

İranın hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol