Azərbaycanda 110 nəfər koronavirusa yoluxub - 1 nəfər vəfat edib

Sentyabrın 30-da Azərbaycanda koronavirus infeksiyasından 127 nəfər sağalıb, 110 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 40 min 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Aktiv xəstə sayı 1684 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 115 min 748 test aparılıb. Bugünkü test sayı isə 5469-dur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi noyabrın 2-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar