"Ermənistanı terror təşkilatı idarə edir" - Rusiyalı ekspert

“Gəncəyə son raket zərbəsindən sonra, əminliklə deyə bilərik ki, həqiqətən hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, Paşinyan rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar”. Bunları "Report"un Rusiya bürosuna rusiyalı ekspert Andrey Petrov söyləyib.

Ekspertin sözlərinə görə, Paşinyan rejiminin mülki Azərbaycan əhalisi ilə bağlı planı var: “Ermənistanın hakimiyyətinin Azərbaycanın dinc sakinlərini öldürmək və dinc sakinləri qorxutmaq kimi planları və məqsədləri var. Və bunlar bu planı mərhələli şəkildə həyata keçirirlər. Anlamaq lazımdır ki, əvvəlki zərbələr və ya bu zərbə torpaqların azad olunmasının qisası kimi bir dəfəlik zərbələr və ya dinc sakinlərdə vahimə yaratmaq kimi bir hadisə deyil.

Beynəlxalq təşkilatlar neytrallıq oyununu dayandırmalı, Ermənistanın hərbi cinayətini, bu cinayətin dəlillərini tanımalıdır. Və Ermənistana təzyiq göstərilməlidir ki, onlar terrorçu hərəkətlərindən əl çəksinlər”.

A.Petrov beynəlxalq ictimaiyyətin susqunluğunu və Ermənistan tərəfindən törədilən bu terror aktlarının görməməzliyini də qiymətləndirib:“Anlaya bilmirəm bunlar indi niyə bunu edir. Ümid edirəm ki, bugünkü terror hadisəsindən sonra hər hansı bir reaksiya olacaq. Çünki nə qədər susmaq və özünü heç bir şey baş vermir kimi aparmaq olar? Bilirəm ki, Azərbaycan BMT-nin Baş katibliyinə və Təhlükəsizlik Şurasına muraciət edib. İnanıram ki, nəhayət susqunluq ölü nöqtədən tərpənəcək. Və Ermənistana bunu bağışlamayacaqlar.

Problem ondadır ki, hər şey Ermənistanın istədiyi kimidir. Azərbaycan ərazisində terror aktı törədir və heç bir reaksiya almırlar. Şübhəsiz bu reaksiyaların olmaması Yerevanın terror aktlarını davam etməsinə şərait yaradır. Yerevan beynəlxalq ictimaiyyət tərəfindən dəqiq cavab almalıdır ki, bu cür hallar yol verilməzdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar