XUDAFƏRİN KÖRPÜSÜNÜN ÜZƏRİNƏ BAYRAĞIMIZ SANCILDI! - Hərbçilərimiz Ali Baş Komandana raport verdilər + VİDEO (Yenilənib)

Azərbaycan hərbçiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xüdafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport veriblər.

Bu barədə Prezident özünün tvitter səhifəsində video paylaşıb.

Həmin videonu təqdim edirik.

***

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Prezident, Ali Baş Komandan İlham Əliyev bunları “Twitter” hesabında yazıb.

Xudafərin köpüsü haqqında qısa arayış:

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.

Hər iki körpü İpək yolunun üzərində yerləşir.

635x100

Şərhlər

Roma 2020-10-18 21:51:44

Eşq olsun Azərbaycan xalqına, Ali Baş Komandana, Azərbaycan Ordusuna...Qarabağ Azərbaycandır...

Səbuhi 2020-10-18 18:12:20

YAŞA MƏNİM PREZİDENTİM YAŞA MƏNİM XALQIM YAŞA MƏNİM VƏTƏNİM

Son yazılar