Menu

Türkiyə parlament sədri Ermənistanın Naxçıvana hücum ehtimalına münasibət bildirib

19.10.2020, 11:09
Türkiyə parlament sədri Ermənistanın Naxçıvana hücum ehtimalına münasibət bildirib

Ermənistanın Naxçıvana genişmiqyaslı hücum edəcəyini düşünmürəm.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

M.Şentop bildirib ki, Ermənistanın məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın: “Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllı ölkələrdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol