Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”

"Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir"

Erməni separatçılarının ilk liderlərindən, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.

Öz “Facebook” hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, erməni xalqının köməyinə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək aciz şəkildə yardım diləyib: “Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistanda yaşayanlara müraciət etmək istəyirəm. Mediyada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.

Karapetyan müraciətinin davamında əlavə edib ki, onlar özlərini tək qalmış kimi hiss edirlər: “Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.

Qeyd edək ki, Arkadi Karapetyan “Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri olub.

635x100

Şərhlər

vidadi goyce 2020-10-30 11:40:00

карапет шанворд дыха мы идем твой конец -это божское наказание,армяни безбожники

Vaqif 2020-10-30 11:37:09

Rəzil və vəhşi millət,bəs Xocalıda günahsız qadin,qoca və körpələri qəddarcasına qətlə yetirəndə fikirləşmirdiniz ki,bir gün bu xalq günahsız məhv etdiyiniz insanlarin qisasın sizdən artıqlaması ilə alacaq?!!!

Xalq 2020-10-30 11:18:07

bu karapeti gəbərtmək lazım idi, buna bax bir hələ müraciət edir, Şuşa nə vaxt sizin olub ki? ay çaqqalllllllllllllllllllllllll.

Xalq 2020-10-30 11:18:06

bu karapeti gəbərtmək lazım idi, buna bax bir hələ müraciət edir, Şuşa nə vaxt sizin olub ki? ay çaqqalllllllllllllllllllllllll.

Mirzə Qafarlı 2020-10-30 10:14:10

Ataların bir gözəl deyimi var: Cəhənnəmə gedən özünə yoldaş axtarır. Belə çağırışlar ancaq ermənilər arasında ölənlərin sayının artmasına gətirəcək.f Əslin də bu erməni Faşistlərinin çox gəbərməsi, Azərbaycanlıların və gürcülərində gələcəkdə rahat yaşamasının qarantıdır.

Xalx 2020-10-30 01:10:27

karapetin vəziyyəti pisdir. Allah həmişə erməniləri pis günə qoysun. Alçaq millətdir... İgidlərimiz 2-3 günə karapet qarışıq hamısını göndərərlər cəhənnəmə, o biri arapetlərin dalınca,

t.ədalət 2020-10-30 01:09:26

Necə məhv olursunuz ki,özgə torpaqlarından həyasızcasına əl çəkmirsiniz?Həm sizə,həm də qanını sizinlə bulaşdıranlara lənət olsun!

Son yazılar