Menu

"Azərbaycan və Ermənistan Qarabağda tutduqları mövqelərdə dayanacaqlar" - Putin

10.11.2020, 03:47
"Azərbaycan və Ermənistan Qarabağda tutduqları mövqelərdə dayanacaqlar" - Putin

“Rusiya Federasiyası, Azərbaycan və Ermənistan Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi barədə razılığa gəliblər. Qarabağ razılaşması problemin ədalətli əsasda və Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğun şəkildə həllinə imkan verəcək. Azərbaycanın və Ermənistanın qüvvələri Qarabağda tutduqları mövqelərdə dayanacaqlar”.

Virtualaz.org Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin bəyanatında belə deyilir.

Şərhlər

Isaq 2020-11-12 17:49:08

Maraqlı bir sual yaranır "ermənistan Qarabağda tutduğu mövqedə qalacaq" ermənistanın Qarabağda hansı mövqeyi var ki orda qalası? ermənistanın Qarabağda mövqeyi varsa daha bunun nəyi ??? və çox sual yaranır. Biz Ali Baş Komandana inanırıq yəqin onun bildiyi bir işlər var ki biz bilmirik. Allah Prezidentimizə yardımşı olsun.

Qədim 2020-11-11 13:59:39

Ali Baş Komandana bütün xalq və ordu inanır. Ancaq Rus mətbuatı elə şərhlər yazır ki, yenidən 1992 - ci illər təkrarlana bilər anlamı insanları qorxudur. Hamını ehtiyatlı olmağa çağırıram. Xəyanətdən uzaq olaq.

Qədim 2020-11-11 13:41:07

Ali Baş Komandana bütün xalq və ordu inanır.

Fatimə 2020-11-10 22:18:02

Belə belə işlər...

Aygün 2020-11-10 14:20:16

Erməni ordusu niyə qalmalidir Qarabağda .Az qalmişdiğ bütün torpağlari almağa......Başa düşürük Ali baş komandan əlindən gələni etdi. ..

Xalx 2020-11-10 04:25:50

Rusların Qarabağda nə işləri var? Heç olmasa Türklərlə birlikdə olsun...

Azər 2020-11-10 04:24:18

Necə yəni “... tutduqları mövqelərdə dayanacaqlar?..” ermənilər Qarabağda qalacaq? Xocalı, Xankəndi ermənilərdə qalacaq? Bu nə qələbədir? 2-3 günlük işimiz qalarkən, bu nə qələbədir?..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol