Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var.
Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb.
Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.


Şərhlər
Qorxulu odur ki,Rusiya bu yolla Azərbaycanda özünün hərbi bazasını yarada bilər.Rusiyanın qənaəti həmişə bu olub.
Hazır imişlər burunların soxmaga.
Solovyov bayram edir sevinir ki rus qoşunu karabaxda erməni qardaşlarımızn yanındadır.
Əraziyə rus qoşunlarının girməsi,Rusiyanın bizim üzərimizdən oraya silkah-sursat tədarük etməsi sonda böyük bəlalara yol açacaq.Yaxın Şərqə də "sülhməramlı" kimi girmişdi, quldurməramlı kimi hələ də orada araqarışdırma və qətl-qırğınlar törətməklə məşğuldur.Bizim ümidimiz,ancaq Türkiyədir.
Rus ordusunun ərazimizə qanunla yerləşdiriliməsi nə qədər səhv addım olmağı tam yerləşçdikdən sonra bilinəcək.