Menu

ƏRDOĞAN VƏ PUTİN DANIŞDI... - Birgə atəşkəsə nəzarət mərkəzindən

10.11.2020, 22:17
ƏRDOĞAN VƏ PUTİN  DANIŞDI... -  Birgə atəşkəsə nəzarət mərkəzindən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Report” xəbər verir ki, telefon danışığında tərəflər Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya daxil olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər.

Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib, hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ermənistan işğalından azad edilən və Azərbaycanın müəyyən etdiyi ərazidə fəaliyyət göstərəcək birgə atəşkəsə nəzarət mərkəzində Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək.

O, mühüm bir məsuliyyətin Rusiya tərəfinin üzərinə düşdüyünü də bildirib.

Ərdoğan, Ermənistanın işğalı nəticəsində Qarabağı məcburi tərk etməli olan azərbaycanlıların öz torpaqlarına qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının vacibliyini vurğulayıb.

Şərhlər

Roma 2020-11-11 09:50:43

Bizim xalqın, dövlətimizin bəlası Moskvadır, bu birmənalıolaraq belədir. Bu məsələdə o tərəfə gizlicə silah-sursat, hərbi texnika və s. ötürməklə hər şeyə nəzarət edirdi. Bizim qələbəmizə ən uzağı 5-10 gün qalmış tez stop işarəsioni qoyaraq məsələnin həllini yenə də öz əlində saxladı. Bir sözlə bu 200 illik düyünün, məsələnin həlli Rusiyanın çöküşüdür, belə ki, Rusiya çökərsə məsələ avtomatik həllini tapar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol