Menu

Fransa Senatı Azərbaycana qarşı qərəzli və düşmən mövqeyi nümayiş etdirir - VİDEO

25.11.2020, 22:00
Fransa Senatı Azərbaycana qarşı  qərəzli və düşmən mövqeyi nümayiş etdirir - VİDEO

Fransa Senatı qərəzli mövqe nümayiş etdirir. Gözlənildiyi kimi, Senat Fransa hökumətini qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran məsləhət xarakterli qətnaməni müzakirəyə çıxarıb.

Azərbaycan Televiziyasının Fransadakı müxbiri Elzar Ağayev məsələ ilə bağlı canlı yayıma qoşularaq məlumat verib. O qeyd edib ki, yekunlaşmaqda olan çıxışlardan sonra səsvermə başlayacaq.

E.Ağayev onu da bildirib ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən senatorlar müzakirələrə çağırılmayıblar. Çıxış edən senatorlar isə həddindən artıq qərəzli mövqe nümayiş etdiriblər.

Qətnamədə Türkiyənin adının bir neçə dəfə çəkilməsi isə müxbir tərəfindən Fransanın bu ölkəyə olan qısqanc münasibətinin təzahürü kimi qiymətləndirilib.

Həmin süjeti təqdim edirik: 

Şərhlər

Azər 2020-11-26 09:47:05

Yoxsa Türklər onlara öz “qurbağalarını” yedizdirəcək. hərçənd onlara xoş olardı...

Azər 2020-11-26 09:45:05

Gedib qurbağalarını yesinlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol