Patruşev KTMT-nin erməni şura sədri ilə Qarabağı müzakirə edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Regional Akademiyası Şurasının (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-Avrasiya İqtisadi İttifaqı) Ermənistandakı rəhbəri Artur Baqdasaryanla görüşüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı KTMT-in Ermənistandakı akademiyasının mətbuat xidməti yayıb.

Moskvada keçirilən görüşdə Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət və iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələsi müzakirə olunub.

N.Patruşev və A.Baqdasaryan Qarabağda atəşkəs, sərhədlərin demarkasiyası, əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı və abidələrin qorunmasına dair məsələləri müzakirə ediblər.

Qeyd edək ki, A.Baqdasaryan Ermənistandakı Fransa Universiteti Şurasının sədridir. O, 2018-ci ildə keçirilən parlament seçkilərindəki məğlubiyyətdən sonra siyasətdən getdiyini bildirmişdi.

Qeyd edək ki, Rusiyanın Ermənistanın baş naziri postuna namizədləri siyahısında onun da adının olduğu ehtimal olunur.

N.Patruşev isə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş direktorudur.

635x100

Şərhlər

Azər 2020-11-27 20:59:25

rus qulağına qədər, mədəni desək, zibilin içindədir - 130 mln. donuzun 120 mln. yeməyə “paraşa” tapmır, bu oğ- - şlar Qarabağdan danışır... 2-3 ilə Zimbabve səviyyəsinə düşəcəklər, hələ ölkə olaraq qalsalar, yenə ağıllanmırlar.

Son yazılar