Menu

Vətən müharibəsi şəhidinin Hədiyyəsi gəldi - FOTOLAR

07.01.2021, 19:29
Vətən müharibəsi şəhidinin Hədiyyəsi gəldi - FOTOLAR

Vətən müharibəsi şəhidi, gizir Sehran Vəliyevin qız övladı dünyaya gəlib.

"Report"un Muğan bürosu xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhid övladına simvolik olaraq Hədiyyə adı verilib.

Körpə bu gün rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb.

H.Vəliyeva şəhidin sayca üçüncü övladıdır.

Qeyd edək ki, Sehran Nizami oğlu Vəliyev İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində düşmən cəbhəsinin yarılmasında qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan Ordusunun gizir kəşfiyyatçısı oktyabrın 2-də torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olub.

Onun nəşi doğulduğu Biləsuvar rayonunun Nəsimi kəndində torpağa tapşırılıb.

Şərhlər

Xalq 2021-01-07 21:46:51

Allah şəhidimizə rəhmət eləsin! Üç balası xoşbəxt olsun!

Ibad 2021-01-07 19:40:54

Allah rehmet elesin.Allah balaca Hediyyeni xowbext etsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol