Menu

Elm və təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü veriləcək – RƏSMİ

03.02.2021, 20:46
Elm və təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü veriləcək – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarına müraciət edib.

Oxu.Az-ın məlumatına görə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Prezidentinin fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib.

Təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

Hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:

Şəxsiyyət vəsiqəsinin surəti;

Əmək kitabçasının surəti;

Elmi dərəcəsini təsdiq edən sənədin surəti.

Şərhlər

t.ədalət 2021-02-03 23:04:32

Onu deyə bilərəm ki,humanitar sahədə (bəzi alimlər istisna olmaqla) elmi ad alanların əksəriyyəti alim deyil.Çünki hələ də ermənilərin formalaşdırdığı təlim-tədris sistemi qalır.Vaxtı ilə akademik adı almış "poxdimdiklər"in yazdığı ədəbiyyat dərslikləri balalarımızın müti böyüməsinə yol açır.Sovet hakimiyyətinin göstərişi ilə ancaq "inşa yazısı" səviyyəsində olan, əməkçi insan obrazı-qul psixologiyası aşılayan əsərlər dərslik proqramlarından çıxarılmayıb.Milli dəyərləri aşağılayan yazıçıların əsərləri nə vaxta kimi dərsliklərdə qalacaq?Rusiyanın əsas işğal zonası ədəbiyyatımız və ideologiyamız idi.Onu nə vaxt duruldacağıq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol