Menu

Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR

07.02.2021, 00:39
Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR

Vətən Müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən daha bir hərbçimiz torpağa tapşırılıb.  “Qafqazinfo” xəbər verir ki, söhbət Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Ələkbərli Ələkbər Ramiz oğlundan gedir.

Şəhidin nəşi əvvəlcə ata ocağına gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, hərbçilər və kənd sakinləri iştirak edib.

Mərasimdən sonra onun nəşi Köçərli kənd qəbiristanlığında dəfn olunub. Şəhidin nəşinin büküldüyü üçrəngli bayraq atasına təqdim olunub.

Qeyd edək ki, Ə.Ələkbərli tankçı olub. O, sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Şərhlər

Xalq 2021-02-07 11:59:53

Şəhidimizə Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

B.Qarabağlı 2021-02-07 10:22:25

Ruhu və ANA VƏTƏN QURBANLARIMIZIN hamısının RUHLARI şad olsun! Ulu TANRI bizlərə elə yol göstərsin ki, onların arzuları çin olsun, ailələri xöşbəxt rifaha-nura qərq olsunlar! Müharibə bitən neçə gündür BİZİM, VƏTƏNİMİZİN XİLASKARLARI hələ də acı çəkir və tələf olurlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol