Menu

Milli Məclis sədrinin köməkçilərinin sayı azalıb - Yeni yaradılan şöbəyə təyinat olub

15.02.2021, 15:13
Milli Məclis sədrinin köməkçilərinin sayı azalıb - Yeni yaradılan şöbəyə təyinat olub

Milli Məclisdə yeni kadr təyinatları olub.

“Report”un əldə etdiyi məlumata görə, Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

Xatırladaq ki, F.Hacıyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

Şərhlər

VƏTƏNDAŞ 2021-02-15 15:26:51

SIZƏ EƏ' GƏLMIRMI KI, MILI MƏCLISIN INDIKI FƏALIYYƏTI NƏZĞRƏ ALINSA ORADA KÖMƏKÇILƏRƏ EHTIYAC YOXDUR. ÇÜNKİ ONLARA QANUN LAYİHƏLƏRİ YUXARIDAN GƏLR,NƏ DEPUTATLAR,NƏ SPİKER BU İŞLƏRLƏ MƏĞULOLMUR,YALNIZ FORMAL OLARAQ ORAYA GÖNDƏRİLƏNLƏRİ TƏSDİQLƏMƏKLƏ MƏŞĞULDURLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol