Menu

“Ərdoğan "S-400" raketlərində güzəştə getməyəcək” - “Çünki mümkün güzəşt...”

16.02.2021, 13:17
“Ərdoğan "S-400" raketlərində güzəştə getməyəcək” - “Çünki mümkün güzəşt...”

Dünən Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu amerikalı yeni həmkarı Entoni Blinkenlə telefonla danışıb. Telefon danışığı Ankaranın Vaşinqtonu sərt tənqid etdiyi saatlara təsadüf edib.

Terrorçu PKK təşkilatı Türkiyənin 13 vətəndaşını vəhşicəsinə qətlə yetirib, Vaşinqtondan verilən açıqlamada isə terroru qınamaq əvəzinə belə bir cümlə işlədiblər: “... əgər terrorda PKK izi varsa, bunu pisləyirik”.

Yəni Vaşinqton bu cümlə ilə terrorun arxasında PKK izinə şübhə etdiyinə eyham vurub. Bundan bir neçə saat sonra Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan çıxışında Amerikanı nəzərdə tutaraq “terrorun arxasında Siz varsız” ifadəsini işlədib.

Politoloq Elxan Şahinoğlu Ankara və Vaşintqon arasında baş verən prosesləri şərh edərkən bildirib ki, belə vəziyyətdə Çavuşoğlu ilə Blinkenin telefon danışığı gərgin keçməyə bilməzdi.

"Blinken Amerikanın yeni administrasiyasının Türkiyəyə yönəlik xarici siyasətini korrektə edəcəyinə dair bir kəlmə də deməzkən, əksinə, Ankaraya ultimatum göndərib: “Rusiyanın" S-400" raketlərindən imtina edin!”-deyə ekspert vurğulayıb.

Politoloq bu imtinanın artıq mümkün olmadığını qeyd edib: "Necə imtina etmək olar? Raketlərin pulu ödənilib və Türkiyədə yerləşdirilib. Tutaq ki, Ankara Amerikanın yeni administrasiyası ilə münasibətləri normallaşdırmaq naminə "S-400" raketlərinə əncam çəkdi, başqa ölkədə yerləşdirdi, bu heç nəyi dəyişdirməyəcək.

Bu məsələnin həllindən sonra Vaşinqtondan Ankaraya başqa ultimatum göndəriləcək: “PKK ilə danışıqlara başlayın!”

Ona görə də Ərdoğan "S-400" raketlərində güzəştə getməyəcək. Çünki mümkün güzəşt Amerikanın Türkiyə siyasətini onsuz da dəyişdirməyəcək, Vaşinqtonun PKK, YPG və PYD-yə dəstəyi də davam edəcək, Fətullah Gülən də əsabələri ilə Pensilvaniya ştatında rahat həyatlarına davam edəcəklər".

"AzPolitika.info"

Şərhlər

ATTILA Bilge Kagan 2021-02-16 20:27:03

ALLAH,Dunya Islam ve Dunya Boyuk Turk Dunyasinin Boyuk Lideri R.T.Erdoqani qorusun ve qoruyacaq,ona gore ki,o haqq davasindadir!!!!!!

Eli 2021-02-16 15:10:01

Mence hazırda fünyanı qarışdıran 1 nömreli

L.Türkel 2021-02-16 15:04:24

Türkiyə bu iki hərbi-texniki rəqibə (Vaşinqton və Kremlə) hər il əlavə milyardalar xərcləməliməli olur?

Elsevər 2021-02-16 14:42:24

Türkiyə Azərbaycandan da illər öncə guya siyasi-ictimai ambisiyası olan, əslində güclərin silahlandırdığı terror qurumları ilə danışıqlara göndərilir? 27 illik belə diplomatiya bizə bir qarış da qaytarmadı?

Veteran 2021-02-16 13:31:45

Həmişə belə olur əvvəlcə xox gəlirlər.Zərbəyə zərbə ilə cavab verəndə toyuq kimi yatırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol