Azərbaycan humanitar əməkdaşlıq çərçivəsində əldə olunmuş razılığa əsasən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ikinci Qarabağ müharibəsinin gedişatında həlak olmuş daha 106 erməni hərbçinin meyitini Ermənistana təqdim edib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin və sağ qaldığı ehtimal edilənlərin axtarışları davam edir. Bundan başqa, hər iki tərəf birinci Qarabağ müharibəsi vaxtı həlak olanların qalıqlarlarının axtarışı və onların mübadiləsi cəhdlərinə başlayıb.


Şərhlər
ermənistanla gedən müharibəni "birinci" və "ikinci"yə bölmək xəyanətdir.Bu müharibə 30 il davam edib,hələ də sülh müqaviləsi yoxdur.Müharibəni iki hissəyə bölüb döyüşçü və şəhidlərimiz arasında ayrı-seçkilik salmaq düşmənin mövqeyidir.Əgər bu müharibə iki hissədən ibarətdirsə,onda sülh müqavilələri hanı?
Öncə təxirə salmadan 2 ci (Qarabağ) Vətən Müharibəsi İŞtirakçı və ŞƏHİDLƏRİNİ 100% tapmaq, eləcə 1ci Qarabağ Hərbi terror cinayətkarlarına iddia qaldırmaq və parallel itgin və həlak edilmiş şəhidlərimizi aramaq gərəkdir!