Menu

Vətən müharibəsində Şəhid olan igidimiz dəfn olundu – FOTOLAR

17.02.2021, 20:21
Vətən müharibəsində Şəhid olan igidimiz dəfn olundu – FOTOLAR

Vətən müharibəsində şəhid olan və aylar sonra nəşi tapılan kiçik çavuş Anar Siyavuş oğlu Nurullayev torpağa tapşırılıb. “Qafqazinfo” xəbər verir ki, 2001-ci il təvəllüdlü şəhidimiz bu gün Sabirabadın Osmanlı kəndində dəfn olunub.

Qeyd edək ki, Anar Nurullayev müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol