Menu

Kollec direktoru tələbələrdən üzr istəyib və cəzalandırılıb

19.02.2021, 13:39
Kollec direktoru tələbələrdən üzr istəyib və cəzalandırılıb

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

ADMİU-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".

Şərhlər

Hellas 2021-02-19 20:44:36

A mashallah a cart ne yaman aqir ceza verdiniz ....

Xalq 2021-02-19 14:48:35

hər yerindən duran bu milləti təhqir edir, o ki ola kollec direktoru, "malades".

Mehdi 2021-02-19 14:09:00

Nə inzibati xəbərdarliq bazaridirki,isden qovmaq lazimdir belə tərbiyəsizləri.

Səlim 2021-02-19 13:46:31

Mədəniyyət və İncəsənət Universiteti hara, Humanitar Kollec hara,"Şam tutan"hara.Bu direktorda istefaya getməlidir,bu saha üzrə kurasiya edən nazir müavinidə.Müəllimlərdə istefa mədəniyyəti yoxdursa ,məmurda heç vaxt olmayacaq.Özümüzdə deyirik,"qalib xalqıq".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol