Menu

"O sözün mənasını indi öyrənirəm" - Tələbəni təhqir edən direktor

19.02.2021, 15:46
"O sözün mənasını indi öyrənirəm" -  Tələbəni təhqir edən direktor

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

N.Qaralova indiyədək heç kimi təhqir etmədiyini bildirib: “Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosofolar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş.

Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”.

Qeyd edək ki, direktor Nərmin Qaralova onlayın imtahan zamanı sinif nümayəndəsinin növbədənkənar imtahana qatılmasına özünəməxsus şəkildə etiraz edib. O, olduqca aqressiv formada sinif nümayəndəsinin imtahandan çıxmasını tələb edərək “bizə şamtutan lazım deyil” deyə bir ifadə işlədib.

Şərhlər

Sədi 2021-02-22 15:42:02

Qaralovlar çox dərin nüfuz ediblər.Bu nəyi göstərir? Kadr seçimində müsbət irəliləyişlər gözlnilirmi?t

Habil 2021-02-20 11:54:32

Qaralov sülaləsi.

Fuaf 2021-02-20 10:17:59

Mənimdə 52 yaşım var indi bildim ki şamtutan sözü yunan sözüymüş

Miili_şüur 2021-02-20 00:16:04

Çox ayıb olsun. Müəllim adına bir başa ləkəsiniz. Təhsil Nazirliyi inanıram ki bu məsələyə obyektiv qiymət verəcək. Bu dırnaqarası müəllim isə inanıram ki bu cavabı vermek üçün çox fikirləşib. Və mən bu cavabı qəbul etmirem. Onun üzünə baxanda kim oldugunu anlamaq çətin deyil. Ayıb olsun

Cefer Memmedov 2021-02-19 18:10:06

Üzrü qəbahətindən betərdi. Qanmadığı sözü danışmamağı ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol