Vətən müharibəsində bir ayağını itirmiş qazi Vasif Nəbiyev də ona əlillik dərəcəsinin düzgün təyin edilməməsindən narazıdır.
“İTV Xəbər –Yekun”a danışan V.Nəbiyev Kəlbəcərin Hacıkənd kənd sakinidir və hazırda Yevlaxda yaşayır.
Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşən Vasif Nəbiyev minaya düşüb. 8 saat sonra xilas edilən Vasif hərbi hospitala gətirilib. Burada onun sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunub.
“Mən qəzaya düşməmişəm, yıxılmamışam, ayağımı qırmamışam. Vətən uğrunda döyüşmüşəm, ayağımı itirmişəm. Borcumuzdur. Amma bizim haqqımız olan 3-cü qrup əlillik deyil, 2-ci qrupdur”, - deyə V.Nəbiyev bildirib.
Onun sözlərinə görə, 3-cü qrup əlillik təyin olunacağı halda isə, hərbi xidmətdəki maaşının cəmi 55%-ni alacaq.
Qeyd edək ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı yeni meyarlar hazırlanıb. Xüsusən, beynəlxalq təcrübə əsas götürülüb. Layihədə vətəndaşların əlliliyi artıq ənənəvi üç dərəcə ilə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi və bundan irəli gələrək insanın həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması dərəcəsi ilə qiymətləndiriləcək.
Xatırladaq ki, bir ayağını itirmiş Vasif Nəbiyevin bazarda işləməsi ilə bağlı bir neçə gün əvvəl sosial şəbəkələrdə foto paylaşılmışdı.


Şərhlər
aye,bunlarin ermeni qohum eqrebalarina gulle atmisan,bes ne isteyirdin
Hazırda əlillərə veriləcək pulu azaltmaq üçün yollar aranır.Əlilliyə görə bədən üzvlərinin fəaliyyətini faizlərə bölmək axmaqlıqdır.Əlillik insanın özü tərəfindən törədilmir.Ya müharibədə yaranır,ya da Allahın verdiyi dərd kimi insanı tapır.Ölkəmizdə Oğru və talançılarla deyil əlillərin pulunu kəsmək uğrunda bir kompaniya aparılır.Bütün dünya üzrə əlillik qanunları ələk-fələk edilir.Dünya ölkələrinin heç birində belə bir iyrənc hərəkət edilmir...Elə bilirəm ki,ümidini itirmiş insanların payına göz dikənlərin cəzasını Allah verir.
Bilirsiniz 2-ci Qarabağ müharibesinde 530- dan artıg Şehidlerin yaşı 18 -21 olun helw ne qeder de mehz bu yaşda Qazimiz bar tesevvür efirsiniz bu yaşdz hele aile qurmayan cavan oğlana 200-300 manat (teqriben pensiya teyin olunur.Bu ne derecede edaletli qerardır.Axı bele olmaz.Bu Allahsızlıqdır.
Men Sizi inandırım ki, bu qerarın layihedimi NK-e EESMN deqdim edib.Ancaq NK-de bu meseleye mesuliyyetle yanaşmayıbkar .Ne ise .Men hamıdzn üzr isteyirem bizde bu sahede ele qzmsız hekim ve mütexessisler var ki ,Sovet döneminde işleyen prokuror mehkeme polisler ve s. bunların yanında melekdirler Men yeni nazir haqqında heç ne deyd bilmerem deyilenlere göre obyektiv adamdir.Bu meselenin helli onun kim olduğunu gösterecek.
Bu mesele neçe müddetdir müzakire olunur Milli meclisin bir deputatı da olsun bu meseleye münasibet bildirmeyib ancaq ölke rehberliyinin terifler demeye gelende MM-de növbe yarznır baxmayaraq ki rehberliyin bunların teriflerine ehtiycı bele yoxdur.Nebilim vallah adam ağlına yerleşdire bilmir bele anormallığı
Bu mesele neçe gündür ölke öediasında müzakire olunur.Hetta EESMN -den açıqlama da verdiler ki,NK -qerarına esasen elillik düzgün teyin edilib mense deyirem ki bir qerar ki vetendaşın haqlı meselesini hell ede bilmirse bşze bele qerar laxım deyil ve bu qerara mütleq yeniden baxılmalıdır.Gelin dünyanı milleti özümüze güldürmeyek.
Men şexsen bu qerarı verenlerin evezinexecalet çekirem.Demeli Nazirler kabinetinin qerarına göre eger ayaq dizden yuxarı keslibse 2-ci,dizden aşağı kesilibse 3-qrup elillik verilir .Eşi bele anırmal qerar olar Her iki halda ayaq öz funksiyadını yerine yetire bilmir bu rüşvete şerait yaradan qerarlarsan biridir.Bu ölkede uzun iller sosial teminat sahesinde olan veziyyeti hamı bilir Men bilmire yeni nazir me derecede düz adamdır ancaq inanirsm ki bu bişluqları aradan qaldırmaq lazımdır Bu igidlere biz hamimiz borcluyuq Allah adamın başına daş salar biz bunların qelbini qırsaq
Men bir vetendaş kimi öz fikrimi deyirem:Ümumiyyetle ikinci Qarabağ müharibesinin bütün iştirakçılarının-Şehidlerin Qazilerin ve Allahın kömeyi ile sağ salamat müharibeni başa vursn butün igid döyüşçülerimizin heç bir meselesi ne Dövletin müvafiq qurumlarının ne güücü çatan her birimizin diqqetinden kenarda qalmamalıdır.Bu birinci Qarabağ müharibesi iştirakçılarına da aiddirHamımız bilirik ki bizde bu sahede qanunvericilikfe müeyyen boşluqlar var .Öen bu mesele ike elaqedar xususi bir imtiyazlı qurum yaransa çox yaxşı olar be bu bizim Qehreman döyüşçulerimize hamıya çox böyük bir menev ve maddi destek olar ve bu problemler hemişelik hell olar